Xarici tələbələr təhsillərini Mərkəzi Gömrük Hospitalında davam etdirirlər
22.02.2024 14:48

Mərkəzi Gömrük Hospitalında Azərbaycan Tibb Universitetinin sonuncu kursunun ingilis dili bölməsinin hindistanlı bir qrup xarici tələbəsi təhsilini davam etdirir.

 

Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyevin rəhbərliyi altında ATU-nun VI kurs xarici tələbələri “Daxili xəstəliklər” ixtisasının “Qastroenterologiya” kursu üzrə təhsil alırlar.

 

Kurasiya dövründə onlar “Qaraciyərin funksional testlərinin dəyişikliyinin differensial diaqnostikası, disfagiyanın, abdominal ağrıların, portal hipertenziyanın differensial diaqnostikası” və digər mövzularda nəzəri-praktik təlimlər keçiblər.

 

Tələbələr nəzəri dərsləri Mərkəzi Gömrük Hospitalında mədə-bağırsaq traktının və qaraciyər-öd sisteminin müxtəlif xəstəlikləri ilə bağlı müalicə alan xəstələrin müşahidəsi ilə birləşdirmək, xəstəxananın unikal müalicə üsulları və müasir avadanlıqları ilə tanış olmaq imkanı əldə ediblər.

 

Qeyd edək ki, bağlanmış müqavilələrə uyğun olaraq hazırda Mərkəzi Gömrük Hospitalının klinik bazasında subbakalavr, əsas tibb təhsili, rezidentura və diplomdansonrakı təhsil səviyyəsində 1 və 2 saylı Bakı Tibb Kollecləri, Azərbaycan Tibb Universiteti, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kursantları, tələbələri və rezidentləri təhsil alırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev