Hərbi tibb fakültəsinin rezidentura və tibb heyətinin təkmilləşmə kursunun növbəti məzunlarının buraxılışı olub
08.01.2024 11:12

ATU-nun Hərbi tibb fakültəsinin rezidentura və tibb heyətinin təkmilləşmə kursunda hərbi biliklərə yiyələnən və tibb sahəsində ixtisaslaşaraq yeni təyinat alıb ordu sıralarına yollanan məzunların növbəti buraxılışı olub.

 

Aztibb.az-a ATU-dan verilən məlumata görə, öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğurunda qəhrəmancasına şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Tədbirdə fakültənin rəisi tibb xidməti polkovniki Çingiz Əlləzov təhsil aldıqları müddətdə çalışqanlığı, nizam-intizamı, yüksək əxlaqi tərbiyə və mənəvi dəyərləri ilə seçilən məzunları təbrik edib.

 

Hazırda rezidentura təhsilini 26 məzunun başa vurduğunu söyləyən dekan vurğulayıb ki, rezidentlərə peşəkar mütəxəssislərin təhsil proqramlarına uyğun olaraq dərs keçilib və məhz bu nöqteyi-nəzərdən onların hazırlığının yüksək səviyyədədir. Bildirib ki, rezidentlər hazırda respublikamızın xəstəxanalarında və diaqnostika mərkəzlərində yalnız əsgər və zabitlər, həmçinin onların ailə üzvləri ilə yanaşı, əhalinin digər təbəqələrinə də yüksək səviyyəli tibbi yardım göstərirlər. Fakültə rəisi hazırlıq səviyyəsinə güvəndikləri rezidentlərin Milli Ordumuzda şərəflə xidmət edəcəklərinə əminliyini ifadə edib.

 

Toplantıda çıxış edən Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti polkovniki Vüqar Mürsəlov gənc həkim-rezidentləri Azərbaycan Ordusunda xidmətə başlamaları münasibətilə təbrik edib və onların hər birinə uğurlu fəaliyyət arzulayıb.

Məzunlar adından çıxış edən rezident Fərid Eldarlı bu əlamətdar gündə onlara dəstək olan hər kəsə, xüsusilə də Hərbi tibb fakültəsinin kollektivinə təşəkkürünü bildirib. O, qeyd edib ki, həm həkimlik, həm də müəllimlik şərəfli peşədir.

 

Sonra Hərbi tibb fakultəsinin kadrlar rəisi mayor Çinarə Qasımova 2022/2023-cü tədris ili üçün yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidenturanı bitirmiş şəxslərə müvafiq ixtisaslar üzrə həkim-mütəxəssis ali peşə dərəcəsi və diplomun verilməsi barədə Səhiyyə Nazirliyinin, həmçinin ATU-nun Hərbi tibb fakültəsinin rezidentura və təkmilləşmə kursunu bitirmiş zabitlərin müvafiq vəzifələrə təyin olunması haqqında Müdafiə Nazirliyinin əmrlərini oxuyub.

 

Buraxılış mərasimi Hərbi tibb fakültəsi rəisinin məzun rezidentlərə plaketlərin təqdim olunması və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

 

Tədbirdə Müdafiə və Ədliyyə nazirliklərinin Baş Tibb idarələrinin və Müdafiə nazirliyinin Baş Klinik Hospitalının heyəti, Milli Müdafiə Universitetinin və Hərbi tibb fakültəsinin professor-müəllim heyəti, eləcə də ATU-nun Rezidentura və Magistratura şöbəsinin müdır müavini assistent Namiq Xəlilov iştirak edib.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır