Dosent Elmira Əliyeva ATU-nun Stomatologiya fakültəsinin dekanı seçilib      
13.02.2024 10:35

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinə dekan seçkisi keçirilib.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, tədbirdə universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev bu fakültənin universitetin həyatında böyük rolu olduğunu bildirib. Qeyd edib ki, son illər dekanlar böyük imtiyazlara malikdir və bu vəzifə universitetdə ən aparıcı işlərdən sayılır. Çünki onlar təlim, tədris və tərbiyənin düzgün qurulmasına cavabdehdirlər. O, namizədliyi qeydə alınan dosent Elmira Əliyevanın üzərinə düşən işlərin öhdəsindən bacarıqla gələcəyinə əminliyini ifadə edib. 

 

Dosent Elmira Əliyevanın tərcümeyi-halı və pedaqoji fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən ATU-nun elmi katibi, professor Nazim Pənahov bildirib ki, o, ötən tədris ilindən bu vəzifəni müvəqqəti icra etməyə başlayıb. Bu günlərdə isə “Təbib” qəzetində Stomatologiya fakültəsinə dekan seçkisi üçün elan dərc edilib. Həmin elana əsasən, Stomatologiya fakültəsinin tərkibində olan kafedraların əməkdaşları və “Təbib” Tədris İdman Klubunun kollektivi tərəfindən ümumi yığıncaqlar təşkil olunaraq, dosent Elmira Əliyevanın bu vəzifəyə namizədliyi irəli sürülüb.  

 

Toplantıda çıxış edənlər Elmira Əliyevanın peşəkar fəaliyyətindən bəhs edərək, onun daha əvvəl dekan müavini, eləcə də çalışdığı kafedranın fəal əməkdaşı kimi bir sıra vəzifələrin öhdəsindən uğurla gəldiyini söyləyiblər. İşlədiyi son tədris ili ərzində Elmira xanımın bir dekan kimi göstərilən etimadı layiqincə doğrultduğunu qeyd edən natiqlər, onun universitetin ictimai həyatındakı rolunu, eləcə də tələbələr və kafedra əməkdaşları ilə xoş münasibətini, insani və pedaqoji keyfiyyətlərini yüksək qiymətləndiriblər. 

 

Daha sonra professor Rəna Əliyevanın sədrliyi ilə formalaşdırılan Seçki Komissiyası gizli səsvermə keçirib. Nəticələrə əsasən, bütün iştirakçıların lehinə səsverməsi ilə ATU-nun Ortopedik stomatologiya kafedrasının dosenti Elmira Əliyeva Stomatologiya fakültəsinin dekanı seçilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır