ATU əməkdaşı Türkiyənin Niğde Universitetində pedaqoji fəaliyyət göstərib
14.11.2023 09:52

Azərbaycan Tibb Universitetinin (ATU) Patoloji anatomiya kafedrasının assistenti Arzu İbişova Türk Dövlətləri Təşkilatı Türk Universitetləri Birliyinin “Orhun” mübadilə proqramı çərçivəsində Türkiyənin Niğde Ömer Halisdemir Universitetində (NÖHÜ) olub.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, o, Tibb fakültəsinin Tibbi patologiya kafedrasında iki həftəlik pedaqoji fəaliyyət həyata keçirib, imtahanda iştirak edib, o cümlədən müəllimlərlə fikir mübadiləsi aparıb.

 

Səfər ərzində A.İbişova Tibb fakültəsinin dekanı, professor Üner Kayabaş və universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Hülya Üründü ilə də görüşüb.

 

Görüşlərdə hər iki universitetin uyğun kafedraları arasında tədris və elmi istiqamətlərdə əməkdaşlıq barədə müzakirələr aparılıb.

 

A.İbişova, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycannın qazandığı böyük Zəfər və bu ilin sentyabrında antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyinin tam bərpası haqqında müəllim və tələbələrə geniş məlumatlar verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır