Qoşqar Təhməzli: Azərbaycan müasir urbanizasiya çağırışlarına çevik reaksiya verir
24.04.2026 12:51

Dövlətimizin sosial-iqtisadi siyasətində şəhərsalma fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının Azərbaycanda keçirilməsi vahid və məqsədyönlü yanaşmanın mühüm tərkib hissəsidir.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli agentliyin və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" və WUF13 çərçivəsində " Təhlükəsiz qidanın memarlığı" mövzusuna həsr olunmuş konfransda çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycan qlobal şəhərsalma proseslərini daim diqqət mərkəzində saxlayan ölkə kimi bu sahədə innovativ yanaşmaları uğurla tətbiq edir və müasir urbanizasiya çağırışlarına çevik reaksiya verir: "Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən strateji əhəmiyyətli bərpa və yenidənqurma işləri öz miqyası, əhatə dairəsi və icra sürəti baxımından qlobal səviyyədə nadir nümunələrdən biridir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi öz fəaliyyətində qlobal çağırışlara çevik uyğunlaşmanı təmin etmək məqsədilə müasir tələblər və beynəlxalq standartlar əsasında qida təhlükəsizliyi sisteminin davamlı təkmilləşdirilməsini prioritet istiqamət kimi müəyyən edib. Bu yanaşma çərçivəsində risklərin idarə olunması, innovativ həllərin tətbiqi və beynəlxalq təcrübənin inteqrasiyası əsas fəaliyyət istiqamətlərimizi təşkil edir”, – deyə Q. Təhməzli əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır