Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub  
23.04.2026 17:46
Qobustan Rayon Mərkəzi Xəstəxanasında 85 yaşlı pasiyent Nazbikə Musayevada aşkarlanmış yumurtalıq kistinin cərrahi yolla ləğvi uğurla həyata keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, yüksək risk qrupuna daxil olan, yanaşı olaraq bronxial astma, arterial hipertenziya və ürəyin keçirici sisteminə aid patologiya – His dəstəsinin sol ayaqcığının tam blokadası diaqnozları mövcud olan pasiyent üzərində əməliyyat uzman cərrah İsmayıl Nəcəfəliyev, Cərrahiyyə şöbəsinin müdiri Yunis Həsənli və anestezioloq-reanimatoloq Orxan Məmmədlinin iştirakı ilə icra olunub.
 
Aparılan cərrahi müdaxilə uğurla başa çatıb. Hazırda pasiyentin vəziyyəti stabildir, müalicəsi tibb personalının nəzarəti altında davam etdirilir.
 
Qeyd edək ki, regionlarda ixtisaslı tibbi xidmətlərin göstərilməsi və mürəkkəb cərrahi əməliyyatların yerində icrası vətəndaşların paytaxta müraciət ehtiyacını azaltmaqla yanaşı, tibbi xidmətlərin əlçatanlığının artırılmasında mühüm rol oynayır.
 
Bu uğurlu nəticə xəstəxanada göstərilən tibbi xidmətlərin keyfiyyətinin və mövcud peşəkar kadr potensialının yüksək səviyyədə olduğunu bir daha təsdiq edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır