ATU-nun Uşaq cərrahlığı kafedrasında kitabxana guşəsi yaradılıb  
01.01.2024 12:08

Bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klnikasının IV mərtəbəsində yerləşən Uşaq cərrahiyyəsi şöbəsində kitabxana guşəsinin açılışı olub.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, açılışda Uşaq cərrahlığı kafedrasının, klinikanın əməkdaşları və Azərbaycan Uşaq Cərrahları assosiasiyasının bir qrup üzvü iştirak edib.

 

Açılış nitqi ilə Uşaq cərrahiyyəsi kafedrasının müdiri, əməkdar həkim, prof. Ramiz Poluxov çıxış edərək uzun illərdir belə bir guşə yaratmaq arzusunda olduqlarını bildirib: “Təqaüdə çıxan və dünyasını dəyişən əməkdaşların kitabları kafedraya hədiyyə edilirdi və xüsusi guşə olmadığı üçün kitablar gənc həkimlərə verilirdi. Amma artıq kiçik də olsa guşə yaratdıq və bu guşəni genişləndirərək kitabxanaya çevirəcəyik. Nəticədə tələbələr, rezidentlər və eləcə də həkimlərimiz üçün istənilən vaxt uşaq cərrahiyyəsinə dair bütün ədəbiyyatlar əlçatan olacaq”.

 

Qeyd edək ki, bu güşənin yaranmasına, kafedrada və universitetin ictimai işlərində böyük əməyi olan Prof. Elmira Pənahovanın kitablarının, qızı, Tədris Cərrahiyyə Klinikasının qəbul və tibbi koordinasiya şöbəsinin müdiri Lamiyə Məmmədova tərəfindən kafedraya bağışlanması xüsusi bir təkan verib. Hazırda guşədə uşaq cərrahiyyəsinin və təbabətin bütün sahələrini əhatə edən 200-dən çox çeşiddə kitab var ki, bunlardan 170-dən çoxu Elmira xanımın kitablarıdır.

 

Tədbirdən sonra uşaq cərrahlarının iştirakı ilə Azərbaycan Uşaq Cərrahları Assosiasiyasının ümumi iclası keçirilib.

 

İclasda assosiasiyanın 30 iyun 2010-cu il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyi vurğulanıb.

 

Daha sonra açıq səsvermə ilə assosiasiyanın strukturunda dəyişikliklər edilib və idarə heyətinin tərkibi seçilib.

 

İclasın sonunda 2024-cü ildə keçiriləcək konfranslar və tədbirlər planı ətraflı müzakirə olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır