Evimizdəki xəstəlik təhlükəsi – Professordan açıqlama
17.10.2021 10:18

Amerikalı mikrobioloq Ç.Qerb hələ neçə il öncə bir tədqiqatının nəticəsini ictimaiyyətə açıqladı. Tədqiqatda mikrobların və virusların daha çox harada rast gəlindiyi qeyd edilirdi.

 

Aztibb.az evinizin gigiyenası üçün diqqətdə saxlamalı olduğunuz vacib nüansları oxucuları ilə paylaşır.

 

Adətən hamı ümumi tualetləri ən çirkli yer hesab edir. Lakin aydın oldu ki, bu heç də belə deyil. Gündəlik təmasda olduğumuz və ondan da təhlükəli xəstəlik saçanlar var. Kompyuterlərin klaviaturası, telefonlar və əl-üz yuyanlar daha çox mikrob mənbəyidir.

 

Alimin hesablamalarına görə əgər hər kvadrat sahədə 20 mindən çox mikrob yaşayırsa, bu hissələrdə təxminən 26 min olur. Klaviatura üzərindəki mikroblar isə ümumi tualetin unitazındakı mikrobların sayından 400 dəfə artıqdır.

 

İctimai tualetdə əl-üz yuyan həmişə nəm olduğundan istilik və nəmlik xoşlayan mikroblar orada daha çox olur. Bütün bu kiçik mikroblar xəstəlik yarada bilər: konyunktivit, ancgina, zökəm, bağırsaq və dəri infeksiyaları və s.

Professor Qerbin fikrincə, məktəb müəllimi, mağazada bankda işləyən kassir, eləcə də həkimlərin infeksion xəstəliyə qoşulmaq təhlükəsi daha çoxdur.

 

Ənənəyə görə, ev xanımları dəhliz və sanitar qovşağını evin ən tez-tez çirklənən və daha təhlükəli hissəsi hesab edirlər və onların təmizliyinə daha çox diqqət yetirirlər. Əslində isə mikrobların daha çox olduğu yerlər başqalarıdır.

 

Soyuducu

 

Çoxumuz müasir texnikaya hədsiz dərəcədə inanaraq, qida məhsullarının saxlanma qaydalarına lazımi qədər riayət etmirik. Çox zaman süd, ət məhsullarının, yarımfabrikatların saxlama müddətinə diqqət yetirmirik, istehsalçının xəbərdarlığına baxmayaraq, konservləri açıq şəkildə soyuducuda saxlayırıq.Halbu ki, bunu etmək düzgün deyil.

 

Biz bəzən çiy və bişirilmiş məhsulları bir-biririn yanında yerləşdiririk, soyuducunun qənaətli iş rejiminə keçiririk, Bu zaman yaddan çıxarırıq ki, məhz belə şərait mikroblar üçün daha əlverişlidir. Nəticə isə aydındır – bağırsaq infeksiyaları, qida zəhərlənmələri.

 

Mətbəx avdanlığı

 

Burada çiy məhsulların doğranılması üçün istifadə olunan lövhələrin hazır məhsulların doğranılması üçün istifadəsi qəti yol verilməzdir. Çiy tərəvəzlərin (xüsusən yarpaqlı) doğranılması üçün isə xüsusi lövhələrdən istifadə edilməlidir. Tərəvəz və meyvələri bəzən diqqətlə yumurlar, bu zaman onlar nəinki zəhərli kimyəvi maddələrlə, həmçinin onlara verilmiş üzvi gübrələrdən ora düşən mikroblarla təhlükəli sayılır.

 

Paltaryuyan maşın

 

Bu gün enerjiyə qənaət edib soyuq yumaya üstünlük veririk. Eləcə də bir çox geyim əşyalarının ütülənməsini vacib hesab etmirik. Sən demə, mikrobların çoxu məhz bu şəraitdə sağ qalır və camaşırların üzərində yaşayırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev