Milyonlarla həkim xəbərdarlıq edir... Yadda saxlayın!
16.10.2021 21:23

Soyuqdəymə antibiotiklə müalicə edilmir. İllərdir həkimlər bununla bağlı həyəcan təbili çalırlar.

 

Aztibb.az xəbər verir ki, qrip və viruslarla əlaqədar meydana çıxan infeksiyalara antibiotiklər təsir göstərə bilmir. Antibiotiklər qızdırmanı aşağı salmır və vitamin rolunu oynamır. Antibiotiklərlə ancaq bakteriyalarla bağlı əmələ gələn infeksiyalar müalicə edilir.

 

Havalar soyuq və sərt olduqda daha çox soyuqdəyməyə məruz qalırıq. Xüsusən də, immunitet sistemi zəif olanlarda soyuqdəymə hallarına daha çox rast gəlinir. Şübhəsiz ki, uşaqlar da soyuqdəymədən, müxtəlif cür infeksion xəstəliklərdən yaxa qurtara bilmirlər.

 

Və belə vaxtlarda bəzən həkim məsləhəti olmadan antibiotiklərə müraciət etməli oluruq. Nəticədə, xəstəliyin sağalması, soyuqdəymənin aradan qaldırılması əvəzinə, müxtəlif cür fəsadlara yol açmış oluruq.

 

Antibiotiklərdən düzgün istifadə etmədikdə bakteriyalar həmin antibiotiklərə qarşı müqavimət göstərə bilirlər. Belə olduqda antibiotik bakteriyalara heç bir təsir göstərə bilmir və xəstəliyin sağalması xeyli gecikir. 

 

Yadda saxlamaq lazımdır ki, soyuqdəymə antibiotiklə müalicə edilmir. Qrip və viruslarla əlaqədar meydana çıxan infeksiyalara antibiotiklər təsir göstərə bilmir. Antibiotiklər qızdırmanı aşağı salmır və vitamin rolunu oynamır. Antibiotiklərlə ancaq bakteriyalarla bağlı əmələ gələn infeksiyalar müalicə edilir.

 

Müxtəlif antibiotiklər müxtəlif infeksiyalara qarşı müxtəlif cür təsir göstərir. Əvvəllər istifadə etdiyiniz və yaxşı təsir göstərən antibiotik növbəti dəfə müsbət nəticə vermir. Çünki bakteriya həmin antibiotikə qarşı müqavimət qazanmış olur. Ona görə də nə özünüz, nə də uşaqlarınız üçün həkim məsləhəti olmadan antibiotikdən istifadə edin.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev