Hindistanda koronavirus infeksiyasına rekord sutkalıq yoluxma halı qeydə alınıb
31.08.2020 11:30

Avqustun 30-da dünyada COVID-19 infeksiyasına ən çox yoluxma halı Hindistanda qeydə alınıb.

 

Aztibb.az pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, son sutka ərzində koronavirus infeksiyasının yeni episentrinə çevrilən Hindistanda 79 min 457 nəfər COVID-19 xəstəliyinə yoluxub. Bu, həm də ölkədə koronavirusa rekord sutkalıq yoluxma halıdır.

 

Həmçinin ötən sutka ərzində Hindistanda 960 nəfər COVID-19 xəstəliyi səbəbindən dünyasını dəyişib.

 

İndiyə qədər ölkədə 3 milyon 624 min 613 yoluxma halı qeydə alınıb, xəstəlik səbəbindən ölənlərin sayı isə 64 min 646 nəfərə çatıb.

 

Hindistan həm COVID-19 infeksiyasına yoluxanların, həm də ölənlərin sayına görə ABŞ və Braziliyadan sonra üçüncü yerdə qərarlaşıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib