Dünyada ötən sutka ərzində 442 min 3 nəfər koronavirusa yoluxub
15.10.2021 09:24

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 442 mindən çox olub.

 

Pandemiyanın onlayn statistikasını aparan worldometers.info saytının verdiyi xəbərə görə, ötən sutka ərzində 442 min 3 nəfər koronavirusa yoluxub, 7 min 421 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 240 milyon 356 min 629, ölənlər isə 4 milyon 896 min 745 nəfərə çatıb.

 

Ötən sutka ərzində virusa həm ən çox yoluxma halı (89 min 680 nəfər), həm də bu xəstəlikdən ölüm faktı (1654 nəfər) ABŞ-da qeydə alınıb.

 

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (45,6 milyon), Hindistan (34 milyon), Braziliya (21,6 milyon), Böyük Britaniya (8,3 milyon), Rusiya (7,8 milyon), Türkiyə (7,5 milyon) və Fransada (7 milyon) qeydə alınıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib