Koronavirusun sağlamlıq üçün daha bir təhlükəsi müəyyənləşdirilib
15.10.2021 08:38

Almaniyada bir qrup alim SARS-CoV-2 koronavirusunun görmə orqanlarına nüfuz edə biləcəyini, həmçinin sinir hüceyrələrində ciddi fəsadlar yarada biləcəyini iddia edir.

 

Aztibb.az rbc.ru-ya istinadla xəbər verir ki, bu barədə "Maks Plank" İnstitutunun mütəxəssisləri tərəfindən "bioRxiv" nəşrində məqalə dərc olunub.

 

Məqalədə gözün tor qişasının hüceyrələrinin SARS-CoV-2-nin təsirinə məruz qalması qeyd olunur.

 

Alimlər hesab edirlər ki, retinanın fotoreseptorlarında və sinir hüceyrələrində koronavirusun çoxalma yerini göstərən viral zonalar var. Bundan əlavə, mütəxəssislər koronavirus infeksiyası olan bəzi xəstələrin görmə problemlərindən şikayət etdiyini vurğulayırlar.

 

Tədqiqat nəticəsində məlum olub ki, retinanın hüceyrələrində virusun öz-özünə çoxalması və gözlərdə SARS-CoV-2 infeksiyası ACE2 reseptorlarından asılıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib