Azərbaycanda məktəbli koronavirusdan vəfat edib
13.10.2021 10:36

Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli Bakıda xəstəxanada vəfat edib.

 

Aztibb.az-ın məlumatına görə, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də koronavirusa yoluxub. Test nəticəsi müsbət çıxan şagird həmin gündən məktəbə gəlməyib.

 

Yüksək qızdırma ilə o, oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilib. K.Əsgərov sonradan Bakıda klinikalardan birinə göndərilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq məktəbli xəstəxanada vəfat edib. K.Əsgərovun bununla yanaşı, güclü allergik həssaslığı da olub.

 

Məktəbdən K.Əsgərovun vəfat etməsi xəbəri təsdiqlənib.

 

Bildirilib ki, oktyabrın 6-dan məktəblinin təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib. Həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib