Buster doza koronavirusa qarşı formalaşan immuniteti gücləndirir
12.10.2021 14:36

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə buster, yəni qüvvətləndirici doza ilə peyvəndlənmək olduqca əhəmiyyətlidir. Bu, xüsusilə yaşlılar və tibb işçiləri üçün çox vacibdir. Həkimlər daim xəstələrlə təmasda olur, xəstə axını ilə qarşılaşırlar. Yəni, onların koronavirusa yoluxma ehtimalı çoxdur. Lakin buster doza ilə peyvəndləmə bu cür təkrari yoluxmaların qarşısını kəskin şəkildə azalda bilər. COVID-19 infeksiyasının risk qrupuna daxil olan hər kəsin vaksinasiyanın üçüncü mərhələsində iştirak etməsi, yəni buster doza vurdurması tövsiyə edilir.

 

Tibb elmləri doktoru, professor Əlizamin Sadiqov koronavirus əleyhinə buster doza ilə peyvəndləmənin faydalarından danışıb.

 

Həkim-pulmonoloq bildirib ki, xroniki xəstəliyi olanlar, tibb işçiləri və yaşı 50-dən yuxarı olan vətəndaşlar buster doza ilə peyvəndlənməyə tələsməlidirlər:

 

"Dünyanın vaksinasiya tarixində bu qədər dəyişkən taktikaların icrası baş tutmayıb, çünki COVID-19 çox dəyişkən mutasiyalara məruz qalır və müxtəlif ştamları mövcuddur. İnfeksiyanın çox qısa zaman ərzində bir deyil, bir neçə variantının yaranmasının şahidi oluruq. Zaman-zaman ən çox epidemiya və ya pandemiya halını alan qrip virusu və digər virus infeksiyalarının heç biri bu cür sürətli mutasiyaya məruz qalmır. Məhz bu səbəblər koronavirusa qarşı buster doza ilə peyvəndləməni şərtləndirir. Nəzərə almaq lazımdır ki, bir nəfərdən digərinə yoluxan COVID-19 virusu getdikcə daha da kəskinləşir. Belə olan halda, vətəndaşların nəinki üçüncü, hətta dördüncü doza ilə vaksinasiyası məsələsi gündəmə gəlir".

 

Ə.Sadiqovun dediyinə görə, üçüncü doza ilə peyvəndləmə zamanı vaksinin fərqli yan təsirləri müşahidə edilmir:

 

"Əgər orqanizmin birinci və ikinci dozaya heç bir reaksiyası olmayıbsa, üçüncüyə də olmayacaq. Əksinə, koronavirusa qarşı formalaşan immunitet üzərinə əlavə immunitet gələcək. Vaksinasiya tarixində, təkrar peyvənd vurduranlarda xüsusi yan təsirlər qeydə alınmayıb. Vətəndaşların vaksin vurdurmaqdan başqa çıxış yolu yoxdur. Buster doza ilə peyvəndlənmək profilaktik mənada da çox önəmli tədbirdir. İmmun sistemi və onkoloji xəstəliyi olanlar və şəkərli diabet xəstələri xüsusilə diqqətli olmalıdırlar".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib