Valideynlər övladlarını koronavirus əleyhinə peyvənd etdirməkdən yayınmamalıdır – Pediatrdan ÇAĞIRIŞ
11.10.2021 13:43

Bəzən valideynlər autimzli və digər xəstəlikləri olan uşaqlara peyvənd vurdurmaqdan çəkinirlər. Yaxud peyvəndin gələcəkdə autizm xəstəliyinə yol açacağını düşünürlər. Bu, tamamilə yanlışdır.

 

Aztibb.az xəbər verir ki, həkim-pediatr Günay Rəsulova bu barədə İctimai televiziyanın səhər verilişlərindən birində danışıb. O, söyləyib ki, peyvənd uşaqları bir çox infeksion xəstəliklərdən qoruyur. Qoruma 100 faiz olmasa da, ən azından ağırlaşmaların qarşısı alınır.

 

“Artıq Türkiyədə 12 yaşlı uşaqlar peyvənd olunur”, - deyən G.Rəsulova Azərbaycanda uşaqların peyvəndlənməsi ilə bağlı ona çoxsaylı müraciətlərin olduğunu söyləyib. Həkim qeyd edib ki, koronavirus uşaqlarda da ağırlaşmalar və ölümə səbəb ola bilər:

 

“Valideynlərə övladlarını koronavirus əleyhinə peyvənd etdirməkdən yayınmamağı tövsiyə edirəm”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib