Orqanizmdə biofaktorların əksikliyi özünü necə göstərir? - DİQQƏT
11.10.2021 10:40
Biofaktorlar orqanizmin normal fəaliyyəti üçün lazım olan əsas maddələrdir. Bunlara vitaminlər, minerallar, maqnezium, sink və ya dəmir kimi mikroelementlər, habelə vitaminəbənzər maddələr, amin turşuları, yağ turşuları və bitki ekstraktları daxildir. Orqanizm onlardan bəzilərini özü yaradır, lakin əksəriyyəti rasionumuzla əldə edilir.
Aztibb.az biofaktor əksikliyinin orqanizmdə yaratdığı fəsadlar və bunun qarşısının alınması yollarına dair yazını təqdim edir.
Uzunmüddətli biofaktor əksikliyi orqanizmdə baş verən vacib proseslərin normal gedişatına mane olur. Hansı vitamin və ya mineralın çatışmamasından asılı olaraq əksikliyin qeyri-spesifik simptomları tez bir zamanda irəliləyir. Məsələn, dəmir çatışmazlığı (xüsusilə qadınlar arasında geniş yayılmışdır) rəngin solması, titrəmə və ümumi halsızlıq şəklində özünü göstərir.
Maqnezium əksikliyi gecə baldırda qıcolmalara, ağrılı əzələ gərginliyinə, əsəbiliyə və ya hətta aritmiya və hipertoniyaya gətirib çıxarır. Vitamin D əksikliyi bütün orqanizmə ümumi təsiri və hormonal effekti ilə müxtəlif şəkildə özünü göstərə bilər.
Biofaktor əksikliyinin ilkin əlamətləri və ya göstəriciləri hər zaman zəiflik, halsızlıq, diqqət əksikliyi və fəaliyyət səviyyəsinin aşağı düşməsi kimi qeyri-spesifik simptomlar olur. Bütün bu simptomlara adətən fikir verilmir, halbuki onlar gündəlik həyatda normal fəaliyyətimizə mane olur.
Mütəmadi olaraq idman etməklə yanaşı, tarazlaşdırılmış pəhriz də şübhəsiz sağlam həyat tərzinin bir parçasıdır. Kifayət qədər təzə meyvə, tərəvəz və üyüdülməmiş taxıl məhsulları, habelə balıq, yağsız ət və az yağlı süd kimi yağ faizi aşağı olan heyvan məhsulları yeməklə siz artıq yaxşı qida ehtiyatına malik olmaq üçün cəhd göstərmiş olursunuz.

Orqanizmimiz dəyərli tərəvəz yağlarını heyvan yağlarından daha yaxşı həzm edir. Bu sahə üzrə peşəkar fəaliyyət göstərən təşkilatlar həmçinin gündə ən az beş porsiya təzə meyvə və tərəvəz yeməyi tövsiyə edir.
Hətta Qurd üzümü, Barbados gilası və başqaları kimi son zamanlar insanların dilində olan “super qidalar” belə gündəlik rasiona mümkün əlavələr olaraq biofaktor əksikliyi simptomlarının qarşısının alınmasında vacib rol oynaya bilər.
Müəyyən dərman vasitələrinin uzunmüddətli qəbulu bəzi biofaktorların absorbsiyasını dayandıra və ya onların ifrazını gücləndirə bilər ki, bu zaman müəyyən müddətdən sonra çatışmazlıq simptomları yarana bilər.
Sözügedən dərman vasitələrinin siyahısı uzundur – onlara ağız yolu ilə qəbul edilən kontraseptiv vasitələr, müəyyən diabet dərmanları və yüksək qan təzyiqinə qarşı aktiv inqrediyentlər daxildir.
Bu bölməyə aid digər xəbərlər
Yay aylarında bu qidalar zəhərlənmə riskini artırır
03.08.2026 | 09:30
Hovuzdan sonra qulağınızı belə qoruyun – İnfeksiya riski yüksəkdir
02.08.2026 | 19:20
Şüursuz məşqlər onurğa sağlamlığınızı təhlükə altına alır
25.03.2025 | 12:33
Yaz fəslinə həkimlərin tövsiyəsi ilə sağlam keçid edin
08.03.2025 | 15:15
Angioqrafiya - Neyrocərrahiyədə tətbiqi və əhəmiyyəti
17.06.2024 | 10:31
Pediatr: "İmmunlaşdırma həftəsi" Səhiyyə Nazirliyinin planlaşdırdığı işin mühüm elementidir
30.04.2024 | 13:27
Ümumdünya Əməyin Mühafizəsi Günü - İqlim dəyişikliyinin əməyin mühafizəsinə və sağlamlığa təsiri
28.04.2024 | 08:02
Böyrək zədələnmələrinin ağırlığına görə əlamətləri və müalicəsi
14.03.2024 | 14:09
Azərbaycanda Milli Mətbuat Günüdür
22.07.2023 | 09:00
Narkoloq: Qadın alkoqolizmindən sağalmaq üçün kifayət qədər alət və üsullar var
18.06.2023 | 16:10
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

