Pambıq və insan sağlamlığı – Kökündən çiçəyinədək faydalı İkinci yazı
10.10.2021 20:55

Pambıq parça geyimləri bədənə lazımi şüaları yaxşı keçirir. Sintetik parçalar isə ehtiyac duyulan şüanı bədənə keçirmir. Kapron və neylon kimi sintetik materiallar ultrabənövşəyi şüaları 50-70 faiz dəyərində keçirir. Odur ki, günlük geyimlərinizdə çalışın pambıq parçalara önəm verin.

 

Aztibb.az sintetik lifli paltarların sağlamlığa mənfi təsirləri, zəngin kimyəvi tərkibi olan pambığın sağlamlığa faydaları və pambıq geyimlərin əhəmiyyəti haqqında yazını təqdim edir.

 

Araşdırmalar nəticəsində məlum olub ki, xərçəng xəstəliyinin yaranmasında qidalardan başqa geyimlərimiz də rol oynayır. Geyimlər beynəlxalq standartlara cavab vermirsə və keyfiyyət baxımından aşağıdırsa, bu zaman parçanın istehsalında istifadə edilən kimyəvi maddələr xərçənglə yanaşı, bir çox xəstəliyə gətirib çıxarır.

 

Pambıqdan təkcə parça istehsal olunmur, onun digər müalicəvi əhəmiyyəti də vardır. Müalicə məqsədilə daha çox pambığın kökləri, həmçinin yarpaq, toxum, çiçək və məhsulundan istifadə edilir. Pambıq köklərinin dəmləmə və bişirməsi orqanizmə virus əleyhinə və antibakterial təsir göstərir və həmin xüsusiyyətinə görə dəri xəstəliklərinin, herpes və dəmrovun müalicəsində istifadə olunur.

 

 

 

Pambıq toxumu qaynadılaraq qəbul ediləndə orqanizmi tonuslandırır, E vitamini ilə zəngin olduğuna görə menstrual sikl pozulmalarının və sonsuzluğun müalicəsində istifadə olunur. Zökəm vaxtı qaynadılmış pambıq yarpaqlarının buxarı ilə inhalyasiya etmək burun tutulmasının qarşısını alır.

 

Həmçinin qanda xolesterinin səviyyəsini salır, arterial təzyiqi tənzimləyir, hipertoniya və aterosklerozdan əziyyət çəkən xəstələrə müalicə və profilaktika məqsədilə verilir.

 

Yanmış pambığın və yaxud pambıq köklərinin tozu yara nahiyəsinə səpiləndə qankəsici təsir göstərir.

 

Pambıq yağı içində yağ turşuları bu məhsulu mədə xoralarından əziyyət çəkən insanlar üçün zəruri edir. Həmçinin pabıq yağı üz dərisinin yenilənməsi və dəridə olan yaraların sağalmasını sürətləndirir.

 

Tədqiqatçılar tərkibində pambıq toxumu yağı olan krem və balzamlardan, həmçinin kosmetik vasitələrdən istifadə etməyi məsləhət bilirlər.

 

Pambıq əsaslı məhsullar E vitamini baxımından olduqca zəngindir. E vitamini dəridəki qızartıların və iltihabın qarşısını alır. Pambıq toxumu yağının ən yaxşı xüsusiyyəti bütün dəri tiplərinə uyğun olmasıdır.

 

 

 

Antioksidantlarla zəngin olan bu yağ dəri xərçəngindən qorumaqla yanaşı, qocalıq əlamətlərinin aradan qalxmasına da kömək edir.

 

Kulinariyada salat və xörəklərin hazırlanmasında da pambıq yağından istifadə edilir.

 

Sağlamlığınızın qeydinə qalın.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev