COVID-19-un müalicəsində antiviral və antibakterial dərmanları təyinatsız qəbul etmək olmaz - Professor
09.10.2021 13:18

Böyüklərə xas olan əksər fizioloji, neyrohumoral, immun və reseptor mexanizmlər yalnız ikinci uşaqlıq yaş dövrünün sonunda, yəni qızlarda 11 yaşdan, oğlanlarda isə 12 yaşdan sonra tam formalaşır. Yeni növ koronavirus (COVID-19) infeksiyasının müvafiq reseptorları həmin yaş qruplarında ümumiyyətlə supresiya vəziyyətində olur. Ona görə də bəzi istisnalar nəzərə alınmazsa, həmin yaş qrupuna qədər olan uşaqların koronavirus infeksiyasını ağırkeçirmə ehtimalı yoxdur. On iki yaşa qədər olan uşaqların bağça və ya məktəbə getməsinə görə heç bir narahatlıq və qorxu hissi keçirmək lazım deyil. Uşaqların əlinə 95 faizli spirt vurmaq, onlara tibbi maska taxmaq düzgün yanaşma deyil. Sadəcə olaraq, uşaqlara adi gigiyenik vərdişlərə əməl etməyi aşılamaq lazımdır. Ən əsası isə, kiminsə uşağı öpməsinə icazə vermək olmaz.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

 

Professor bildirib ki, gənclik dövrünün tamamlanmasına qədər, yəni 11-12 yaşdan başlayaraq 19 yaşa qədər olan dövrdə COVID 19-un letallıq (öldürücülük) əmsalı 0,2- 0,6 faizdir: “Yəni, hər min nəfər xəstələnməyə 2-6 nəfər ölüm halı düşür. Həmin yaş qrupunda olan gənclərdə bir qayda olaraq, irsi-genetik və ya ciddi ağır və müalicəyə dözümlülük göstərən xəstəliklərə görə ölüm halı baş verir. Başqa sözlə desək, bu yaş qrupunda tamamilə sağlam olan yeniyetmə və gənclərdə letallıq faizi sıfrın üstündədir. Sadəcə, adi gigiyenik vərdişlərə əməl etmək lazımdır. Adi gigiyenik vərdişlər dedikdə isə mən nə maska taxmaq, nə də əllərin spirtlənməsini nəzərdə tuturam. Nəfəs-nəfəsə dayanmamaq və gənclər arasında stereotip halını almış ünsiyyət forması olan öpüşməyin aradan qaldırılması adi gigiyenik normalardır”.

 

M.Qəniyev qeyd edib ki, COVID-19-un orta inkubasiya dövrü 2-14 gündür: “Lakin 90 faizdən yuxarı hallarda, bu müddət cəmi 5,2 gün təşkil edir. Kütləvi insan kontaktının sentyabrın 29-dan, yəni ali təhsil müəssisələrində dərslərin başladığı gündən olduğunu nəzərə alsaq, COVID-19-un iddia olunan alovlanması bir neçə gün əvvəl, yəni oktyabrın üçündən etibarən baş verməli idi. Koronavirusun məlum inkubasiya dövrünü nəzərə alsaq, növbəti günlərdə yoluxma sayının arta biləcəyinin nə praktik, nə də heç bir elmi əsası yoxdur”.

 

Professorun dediyinə görə, oktyabr-noyabr aylarında fəsli viral infeksiyaların artması təbii qanunauyğunluqdur: “Bu il aşağı faiz nisbətində olsa belə, bu halın təkrarlanacağı qaçılmazdır. Ona görə də növbəti iki ayda hər boğaz ağrısını, temperaturun yüksəlməsini, baş, oynaq, əzələ və qarın ağrısını COVID-19 hesab edib stres, gərginlik və ruhi sarsıntıya düşməyin. Belə olan halda, təyinatsız antiviral, hormonal və antibakterial dərman preparatları qəbul etmək olmaz”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib