Hindistanda COVID-19 infeksiyasına yoluxma sayı sürətlə artır
30.08.2020 12:46

Hindistanda ötən sutka ərzində 78 min 761 nəfərin COVID-19 infeksiyasına yoluxması təsdiqlənib. Bu, ölkədə gündəlik yoluxma sayı üzrə ən yüksək göstəricidir. Ötən gün dünyada gündəlik ən çox yoluxma da məhz Hindistanda qeydə alınıb. Ardıcıl 4 gündür ki, Hindistanda sutkalıq yoluxma sayı 70 mindən çoxdur.


Aztibb.az Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkədə indiyədək 3 milyon 542 min 733 nəfər bu virusa yoluxub. Ötən sutka COVID-19 səbəbindən 948 ölümün qeydə alınması ilə pandemiya qurbanlarının sayı 63 min 498-ə çatıb. Virusa yoluxanların 76 faizinin sağaldığı, 1,81 faizinin isə öldüyü bildirilir.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ və Braziliyadan sonra 3-cü sıradadır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib