ATU-nun dosenti: "Uşaqların koronavirusdan qorunması strateji məsələdir"
09.10.2021 12:58
“Adətən uşaqlarda yoluxma böyüklərdən fərqli şəkildə gedir və heç bir simptomla özünü göstərmir”.
Aztibb.az xəbər verir ki, bu fikirləri ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Könül Cəfərova söyləyib.
O bildirib ki, 2019-cu ildə ilk dəfə Çində aşkar olunan COVID-19 virusu tezliklə bütün dünyanı ağuşuna aldı. Bu virusla əlaqədar olaraq bütün dünyada pandemiya elan edildi. Artıq xeyli vaxtdır ki, bu infeksiyaya nəinki böyüklər, uşaqlar da yoluxurlar:
“Aparılan tədqiqatlardan məlum olmuşdur ki, istənilən yaşda olan uşaqlar COVID-19-a yoluxa bilər. Uşaqların əksəriyyətində yoluxma böyüklərdən fərqli şəkildə gedir və heç bir simptomla özünü göstərmir. Uşaqlar böyüklər kimi yoluxa bilsələr də, onlarda yoluxma tezliyi daha aşağıdır. Çünki uşaqlarda infeksiya nəticəsində letallığın aşağı olduğu məlumdur”.
Araşdırmalara əsasən, uşaqlar arasında da yoluxma tezliyi eyni səviyyədə ola bilər, lakin təzahür halları olmadığı və ya çox zəif olduğu üçün aşkar edilmir. Lakin uşaqların virusun ötürülməsində rolu hələ də sona qədər müəyyən olunmayıb:
“Amerika Pediatriya Akademiyası və Uşaq Xəstəxanaları Birliyinin araşdırmasına görə, ABŞ-da bütün yoluxmaların 13%-i uşaqların payına düşür. 10 yaşdan 14 yaşa qədər olan uşaqların 20 yaş və yuxarı insanlara nisbətən COVID-19 virusuna yoluxma ehtimalı daha aşağıdır. Bir yaşa qədər yenidoğulmuşlar arasında yoluxma riski isə, əksinə, daha yüksəkdir. Bu onların immun sisteminin hələ zəif olması və tənəffüs yollarının kiçik ölçüləri ilə izah edilir. Nəticədə, respirator virus infeksiyası zamanı tənəffüs problemləri daha qabarıq olur. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tövsiyəsinə görə, nəfəs almalarına yardım göstərilməsi məqsədilə uşaqlar da xəstəxanaya yerləşdirilməli, reanimasiyada müalicə olunmalı və lazım olduqda, ağciyərlərin süni ventilyasiyası tətbiq edilməlidir”.
Bu infeksiyanın uşaqlar arasında yayılmasının xarakterik xüsusiyyətlərindən bəhs edən K.Cəfərova vurğulayıb ki, respirator simptomlar olmadan, mədə-bağırsaq simptomları şəklində özünü göstərə bilər:
“Uşaqlarda daha çox qeydə alınan ishal və ürəkbulanmadır. Uşaqlar və yeniyetmələrdə xolestaz, pankreatit və hepatit halları da öz əksini tapıb. Uşaqların əksəriyyəti yoluxmadan sonra 4 həftə ərzində sağalırlar. Davamlı simptomlar arasında baş ağrıları, yuxunun pozulması, əzələ və oynaqlarda ağrılar, ürək döyüntüsünün sürətlənməsi, iybilmə və dadbilmənin pozulması hallarını göstərmək olar. COVID-19 üzrə testlərin meyarları çoğrafi şəraitdən asılı olaraq dəyişir”.
Həkim qeyd edib ki, bu virus zamanı infeksion ishalın davametmə müddəti daha uzun, aparılan müalicəyə reaksiya isə zəif olub:
“İshal aradan qaldırıldıqdan sonra uşaqlarda iştahın itməsi, yeməkdən sonra diskomfort, ürəkbulanma, meteorizm uzun müddət davam edir. Nəticədə ferment əsaslı preparatların təyin edilməsinə tələbat yaranır. Qastrointestinal simptomlar uşaqlarda multisistem iltihabi sindromun əsas təzahür hallarından biri kimi qiymətləndirilir. Buraya qarında ağrılar, ürəkbulanma, ishal, odinofagiya (döş qəfəsi arxasında və udqunduqda ağrılar) daxildir. Xəstəliyin klinik mənzərəsi qastroenteritlər ilə eyniyyət təşkil edir. SARS-CoV-2 virusu ilə hospitallaşdırılan uşaqların 64%-də ishal, 57%-də andominal ağrı sindromu, 67%-də isə mədə-bağırsaq traktı disfunksiyası qeydə alınıb. Əsas müalicə kursuna kəskin bağırsaq infeksiyası əleyhinə müalicə də əlavə edildikdə, simptomatika aradan qaldırılır”.
Virusun yayılmasına qarşı tədbirlərdən də danışan K.Cəfərova söyləyib ki, uşaqların virusdan qorunması həm ailələr, həm tədris-tərbiyə müəssisələri, həm də təlim-əyləncə mərkəzləri tərəfindən ümdə məsələ kimi qəbul olunmalıdır. Ona görə də bütün qaydalara bu müəssisələrdə birmənalı və ən yüksək səviyyədə əməl edilməlidir:
“Uşaqlar bizim gələcəyimizdir. Bu ağır pandemiya dövründə isə gələcəyimizin sağlam və gümrah yetişdirilməsi həm biz həkimlərin, həm də valideyn və müəllimlərin əsas borcudur”.
Bu bölməyə aid digər xəbərlər
COVID-19 təhlükəsi tam aradan qalxmayıb - Risk qrupunda olanlar diqqətli olmalıdır
14.10.2026 | 10:28
Qripdən sonra ürəyi dayanan 8 yaşlı J-Pop ulduzunun ölümü miokarditin təhlükəsini gündəmə gətirdi
08.10.2026 | 15:33
Heyvanlardan keçən yeni koronavirus aşkarlanıb
23.09.2026 | 12:00
COVID-19 beyində iz buraxdı: Pandemiyadan 5 il sonra narahatedici təsir üzə çıxıb
13.09.2026 | 09:49
Akademik: Pandemiyanın astanasındayıq
07.09.2026 | 12:53
ABŞ-da hərbçilərin ölümündə COVID-19 vaksinlərinin rolu araşdırılır
04.09.2026 | 09:44
COVID-19 Epşteyn-Barr və herpes viruslarını yenidən aktivləşdirə bilər - TƏDQİQAT
27.08.2026 | 07:15
Son 1 həftədə COVID-19-dan 14 nəfər ölüb - Dövlət yoluxmaları artırdı
12.08.2026 | 11:46
"Chandipura" virusu narahatlığı - Müdaxilə qrupu səfərbər edilib
10.08.2026 | 09:33
Konqoda Ebola epidemiyası böyüyür - Virusun mutasiyaya uğraması ehtimalı araşdırılır
08.08.2026 | 10:47
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

