BMT COVID-19 əleyhinə Qlobal Vaksinasiya Strategiyasını təqdim edib
08.10.2021 12:30

BMT-nin Baş katibi Antonio Quterreş və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəhbəri Tedros Qebreyesus bir daha ölkələri "peyvənd millətçiliyindən" imtina etməyə çağırıb, əhalinin COVID-19-a qarşı Qlobal Vaksinasiya Strategiyasını təqdim ediblər. Strategiyanın məqsədi, ilin sonuna qədər bütün ölkələrdə insanların 40 faizini, gələn ilin ortalarında isə 70 faizini vaksinasiya ilə əhatə etməkdir. 

 

Aztibb.az BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu planın həyata keçirilməsi üçün təcili olaraq 8 milyard ABŞ dolları tələb olunur.

 

ÜST-ün məlumatına görə, dünyanın 56 ölkəsi sentyabrın sonuna qədər əhalinin 10 faizinin vaksinasiyasını təmin edə bilməyib. Onların əksəriyyəti Afrika və Yaxın Şərq ölkəsidir.

 

"Buna görə də mən bu gün doktor Tedrosa qoşulmağa və onunla birlikdə COVID-19-a qarşı Qlobal vaksinasiya Strategiyasına start verməyə çox şadam”, - deyə BMT-nin Baş katibi vurğulayıb.

 

Yeni plana uyğun olaraq, vaksin istehsalını ən azı iki dəfə artırmaq və COVAX vasitəsilə ədalətli paylanmasını təmin etmək lazımdır. Vaksinasiya planı ÜST tərəfindən hazırlanıb. O, pandemiyanın inkişafının, peyvəndin effektivliyinin, satınalma və çatdırılma xərclərinin elmi təhlilinə, həmçinin tələb və təklifin təhlilinə əsaslanır.

 

"Elm insanların xilas edilməsi üçün güclü vasitələri təqdim etməklə, mühüm rol oynadı. Alimlər, tarixdəki istənilən digər pandemiyalarla müqayisədə daha sürətli hərəkət edirdilər", - deyə ÜST-ün Baş direktoru Tedros Qebreyesus bildirib. Lakin, onun sözlərinə görə, bu vəsaitlərin "bir neçə ölkənin və şirkətin əlində cəmlənməsi qlobal fəlakətə gətirib çıxardı".

 

"İndi, peyvənd istehsalının ayda təxminən 1,5 milyard doza olduğu zaman, biz ilin sonuna qədər bütün ölkələrdə insanların 40 faizinin peyvənd olunmasına nail ola bilərik, ancaq bunun üçün biz təxminən 8 milyard dollar səfərbər etməli və vaksinlərin ədalətli paylanmasını təmin etməliyik", - deyə Antonio Quterres qeyd edib. O, G20-nin bütün dünyanı peyvənd etməyinə dair vədini xatırladıb və G20 nümayəndələrinin bu ayın sonunda keçirdikləri görüşdə Qlobal vaksinasiya Planının həyata keçirilməsi yollarını müzakirə edəcəklərinə ümid etdiyini bildirib.

 

Gələn ilin ortalarına qədər dünya əhalisinin 70 faizinin peyvənd olunması üçün ən azı 11 milyard doza vaksin tələb olunacaq. Sentyabrın sonuna qədər artıq bütün dünyada altı milyarddan bir qədər çox doza tətbiq edilmişdi. Hazırda dünyada peyvənd istehsalı ayda təxminən 1,5 milyard doza təşkil edir. ÜST başçısının bildirdiyi kimi, bu o deməkdir ki, bütün dünyada peyvəndlərin bərabər paylandığı təqdirdə bu dozalar qlobal məqsədlərə çatmaq üçün kifayət edəcək.

 

Xatırladaq ki, Azərbaycanda əhalinin 53,2 faizinə artıq hər iki dozada koronavirus əleyhinə peyvənd vurulub. Yanvarın 18-dən etibarən ölkəmizdə 8 milyon 884 min peyvənd tətbiq edilib. Birinci mərhələdə peyvənd edilənlərin sayı - 4 milyon 850 min 515 nəfər, ikinci mərhələdə - 4 milyon 33 min 751 nəfərdir.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar