COVID-19 xəstələrinin stasionar yatışa alınması üçün müəyyən edilmiş kriteriyalar yenilənəcək - TƏBİB
08.10.2021 10:24

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrin xəstəxanaya yatırılması kriteriyaları pandemiya başlandığı gündən təsdiq olunub. Xəstəxanaya yatış prosesi xəstənin saturasiya səviyyəsi, yanaşı xəstəliklərin mövcudluğu, yaş və digər kriteriyalara görə tənzimlənir. Təcili və təxirəsalınmaz tibbi yardım briqadalarının işi də onun əsasında həyata keçirilir. İstənilən halda, koronavirus xəstələrinin yatış kriteriyalarının yeniləməkdə fayda var. Ona görə də müəyyən dəyişikliklər ediləcəyi planlaşdırılıb.

 

Aztibb.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Qurbanov Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmələr zamanı deyib.

 

V.Qurbanov, həmçinin özəl tibb müəssisələrinin koronavirusla mübarizəyə cəlb edilməsi barədə də danışıb. Bildirib ki, virusa yoluxmuş xəstə sayı artdığı dövrlərdə bir çox özəl tibb müəssisəsi prosesə qoşulmuşdu: “Hazırda özəl tibb müəssisələrinin prosesə cəlb olunmasına ehtiyac yoxdur, çünki dövlət xəstəxanalarındakı mövcud vəziyyət yaxşıdır. Yəni, kifayət qədər yataq ehtiyatımız, boş çarpayılar var. Onu da qeyd edim ki, pandemiya ilə mübarizədə iştirak edən tibb müəssisələrinə cəlb olunan mütəxəssislər əsasən dövlət tibb müəssisələrinın işçiləridir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib