Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 25 milyonu ötüb
30.08.2020 00:28

Dünyada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxanların sayı 25 milyonu ötüb.

 

Aztibb.az pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, avqustun 28-də dünyada 284 min 898 nəfər koronavirus infeksiyasına yoluxub, 5 min 711 nəfər isə dünyasını dəyişib.

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 25 milyon 69 min 737 yoluxma və 844 min 337 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 17 milyon 413 min 268 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 6 milyon 812 min 132 xəstədən 61 min 328-nin vəziyyəti ağır qiymətləndirilir.


ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 6 milyon 119 min 131-ə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Braziliya tutur - 3 milyon 819 min 77 nəfər. Hindistanda 3 milyon 538 min 413 nəfər, Rusiyada 985 min 346 nəfər, Peruda 629 min 961 nəfər, Cənubi Afrika Respublikasında isə 620 min 132 nəfər COVID-19 xəstəliyinə yoluxub.


ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 186 min 532 nəfər. İlk beşliyə daxil olan Braziliyada 120 min 25, Hindistanda 63 min 648, Meksikada 63 min 146, Birləşmiş Krallıqda isə 41 min 498 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.


Artıq xeyli vaxtdır ki, COVID-19 infeksiyasından sağalanlara nisbətdə ölənlərin sayında mütəmadi azalma müşahidə edilir. Hazırda bu göstərici 4,64 faizdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib