İkinci doza vaksindən 150 gün sonra üçüncü doza tətbiq oluna bilər - AÇIQLAMA
07.10.2021 15:17

Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayının artması, eyni zamanda payız fəslinin gəlişi ilə əlaqədar virus xəstəliklərinin çoxalması 3-cü, hətta 4-cü doza vaksinlərin vurulması məsələsini daha da aktuallaşdırıb.

 

Bu barədə Aztibb.az-a açıqlama verən Kliniki Tibbi Mərkəzin koronaviruslu xəstələrin müalicəsi şöbəsinin rəhbəri, həkim-infeksionist Fərrux Sədirov bildirib ki, COVID-19 əleyhinə peyvəndin üçüncü dozasının tətbiqi ilə əlaqədar məsələlərlə bağlı artıq bir neçə aydır ki, araşdırmalar aparılır.

 

“Böyük Britaniyada, ABŞ və digər dövlətlərdə üçüncü dozanın effektivliyi, təhlükəsizliyi ilə əlaqədar çalışmalar artıq tamamlanmaq üzrədir. Bununla bağlı bəzi statistik rəqəmlər də açıqlanıb. Qeyd olunur ki, üçüncü dozaya yaranan ehtiyac əslində ikinci dozadan sonra, beş-altı ay müddətində anticisimlərin qoruyuculuq səviyyəsinin effektivliyinin aşağı düşməsi ilə əlaqədardır”, - deyə F.Sədirov bildirib.

 

Bu zaman gücləndirici və ya xatırladıcı kimi adlandırılan üçüncü dozanın vurulmasının məsləhət görüldüyünü qeyd edən həkim-infeksionist bu müddətin təxminən 150 gün olaraq qəbul edildiyini bildirib: “Birinci və ikinci doza vaksindən 150 günə yaxın vaxt keçibsə, üçüncü dozanın tətbiqi mümkündür. Statistik rəqəmlərə görə, iki dozadan sonra üçüncü doza tətbiq olunan şəxslərdə qoruyuculuq artır. Burada fərqli-fərqli ölkələrin rəqəmləri var. Bu baxımdan da bir sıra dünya ölkələrində üçüncü dozanın tətbiqi uyğun görülüb. Hətta bəzi ölkələr dördüncü dozanın tətbiqini də məsləhət bilir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib