Koronavirusun "delta" ştamının yayıldığı ölkələrin sayı 192-yə çatıb
06.10.2021 20:05

Yüksək yoluxuculuğu ilə fərqlənən koronavirusun “delta” ştamı son bir həftə ərzində coğrafiyasını 192 ölkə və əraziyə qədər genişləndirib. "Alfa", "beta" və "qamma" ştamlarının mövcud olduğu ölkələrin və ərazilərin sayı da artıb. 

 

Aztibb.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemiya ilə bağlı bülletenində deyilir.

 

Bülletendə bildirilir ki, “Alfa”, “beta, “qamma” və “delta” ştamları ekspertlər tərəfindən, "narahatlıq doğuran variantlar" kateqoriyasına aid edilib. "SARS-CoV-2 virusunun variantlarının aşkar edilməsi üzrə fəaliyyətin, genomun sıralama qabiliyyətinin genişlənməsi də daxil olmaqla, milli və beynəlxalq səviyyələrdə fəallaşdığına görə, narahatlıq doğuran variantların mövcudluğunu bildirən ölkələrin, bölgələrin və ərazilərin sayı artmaqda davam edir. Vurğulanır ki, “delta” variantının mövcudluğu barədə məlumatlar 192 ölkədən daxil olub, bundan əvvəlki həftə çıxan bülletendə isə söhbət 187 ölkədən gedirdi. “Delta” ştamı 2020-ci ilin oktyabrında Hindistanda aşkar edilib.

 

İlk olaraq 2020-ci ilin sentyabr ayında Böyük Britaniyada aşkar edilən “alfa” ştamı indi 195 ölkədə və ərazidə mövcuddur (bir həftə əvvəl isə 193 ölkə idi). Ötən ilin avqustunda Cənubi Afrika Respublikasında aşkar edilən "beta" variantı hazırda 145 dövlətdə mövcuddur (artım 3 ölkə). Sentyabr ayında Braziliyada aşkarlanan “qamma” ştamı 99 ölkədə (artım 3 ölkə) mövcuddur.

 

ÜST-ün oktyabrın 5-nə olan məlumatına görə, pandemiyanın başlanmasından bu günə qədər dünyada 235 175 106 nəfər koronavirusa yoluxub, ölüm hallarının sayı 4 806 841-ə çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib