Vurmaq və boğmaq üsulundan, müasir preparatlara – Anesteziya
05.10.2021 14:48
Anesteziya sinirlərin həssaslığının itməsidir. Tibbdə xəstəyə cərrahiyyə müdaxiləsi zamanı yarana biləcək ağrı hissini aradan qaldırmaq üçün bu funksiya anestezioloq kimi bir mütəxəssisə həvalə olunur.
 
Aztibb.az anesteziya haqqında qısa yazını təqdim edir.
 
Minillər boyu xəstənin əl-qolunu bağlayaraq keyləşdirmə aparmadan cərrahi əməliyyatlar həyata keçirilirdi.
 
Təəccüblüdür ki, ilk anestezioloqlar orta əsrlərdə ortaya çıxıb. O dövrdə anesteziya xəstəyə ağır bir əşya ilə vurmaqla tətbiq edilirdi. Xəstəni vurduqdan sonra təbii olaraq huşunu itirdi. Yaxud da ölümə səbəb olmadan boğmaqla oksigen çatışmazlığı nəticəsində xəstə huşsuz hala gəlirdi. Bu vəziyyətdə xəstə bir müddət nə baş verdiyini hiss etmirdi və beləcə əməliyyat həyata keçirilirdi.
 
Qədimdə keyitmə vasitəsi olaraq, müxtəlif bitkilərdən də istifadə edilib.
 
Sonrakı dövrlərdə dünyanın hər yerində elm adamları etibarlı bir anesteziya üsulunu araşdırmağa başladılar. Beləliklə, 1864-cü ildə məşhur diş həkimi Tomas Morton ilk dəfə dietil efirinin inhalyasiyası ilə keyitməyə nail oldu. Bununla da tarixdə ilk dəfə olaraq narkozla keyitmə aparıldı. Yeri gəlmişkən, bu dəfə keyimə müddəti rekord həddə, bir saatdan çox idi.
 
XX əsrdə xəstələrin imdadına yetişən kəşflər sayəsində bu gün bildiyimiz keyləşdirmə, elmi adı ilə anesteziya meydana çıxdı.
 
Müasir tibbdə anesteziologiya o qədər yüksək səviyyəyə çatıb ki, anestezioloq hər bir xəstə üçün anesteziyanın müddətini və lokalizasiyasını asanlıqla hesablaya bilir.
 
Anesteziya bir dərmandır. Tibb inkişaf etdikcə hər yeni çıxan dərmanın daha yaxşı olmasına çalışılır.
 
Anesteziyanın növləri çoxdur. Ümumi, lokal və regional keyitmə olaraq bilinir. Ümumi anesteziya və ya narkoz üç ana qisimdən ibarətdir. Huşun qapadılması və ya xəstənin yatırılması, ağrı hissinin yox edilməsi, əzələlələrin müvəqqəti iflic edilərək hərəkət qabiliyyətinin məhdudlaşdırması.
 
Anesteziya elminin müasir tələblərinə cavab verən anestezioloji preparatların istifadəsi, yüksək səviyyəli anesteziya aparmağı, ağırlaşma faizinin minimuma endirilməsini, əməliyyatdan sonra xəstənin tez və rahat oyanmasını, yekun olaraq xəstənin komfortu və qısa reabilitasiya periodu keçib evə yazılmasını təmin edir.
 
Müasir klinikalarda əməliyyat otaqlarının son tibbi avadanlıqlarla təchiz olunması yüksək səviyyəli ixtisasalaşmış həkimlər tərəfindən, xəstənin fərdi xüsusiyyətlərindən asılı olmayaraq (yaşı, cinsi, çəkisi, döş qəfəsinin quruluşu, ağciyərin funksional vəziyyəti və s.) dünyada qəbul olunmuş anestezioloji protokollar əsasında beynəlxalq standartlara uyğun açıq və endoskopik əməliyyatlar üçün anesteziya həyata keçirməyə imkan verir.
 
Dünyada mükəmməl heç bir şeyin olmadığı kimi, anesteziyanın da riskləri mövcuddur. Cərrahi əməliyyatın xəsarəti bir yana, narkozun özünün də kifayət qədər zərərli bir prosedur olduğu məlumdur. Xəstəyə əməliyyatın özündən başqa sadəcə ümumi anesteziya verilməsi belə onun zərər görməsinə, hətta bəzən həyatını itirməsinə gətirib çıxara bilər.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev