Koronavirusun ilkin simptomları dəyişib
01.10.2021 09:07

Bu payız COVID-19-a yoluxanlarda simptomlar pandemiyanın əvvəlki dalğaları zamanı müşahidə ediləndən fərqlidir.

 

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu rəyə ümumi müşahidələrdən sonra bir qrup mütəxəssis gəlib. Onların sözlərinə görə, hazırda koronavirusun simptomları adi qripdən fərqlənmir. Temperatur qripdə olduğu kimi yüksəlsə də, uzun müddət davam edir.

 

Həkim Aleksandr Ediqerin sözlərinə görə, hazırda virusa yoluxanlarda burun axması, əzələ ağrıları və boğaz ağrısı müşahidə olunur. Həmçinin şiddətli nevroloji simptomlarla da qarşılaşmaq olur: xəstələrdə baş gicəllənmə, baş ağrıları, sürətlə zəifləmə təsbit edilir. Hətta ayağa qalxmaq istəyərkən ürəkgetmə hallarının baş verməsi də mümkündür.

 

Bütün bu simptomlar xəstəliyin ikinci günündən başlayır və həftələrlə davam edir. Pasiyentlərdə əvvəlki əlamətlərin -  həzm pozğunluqları, qarın ağrısı, ishal, ürəkbulanma və qusmanın qalması da müşahidə edilə bilər.

 

Tibb İşçiləri Həmkarlar İttifaqının rəhbəri və təcili yardım işçisi Dmitri Belyakov güclü burun axmasının koronavirus infeksiyasının yeni bir simptomuna çevrildiyini əlavə edib. Onun fikrincə, xəstəlik getdikcə sürətlənir və heç də az təhlükəli deyil.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib