Həkim radioloq COVID-19-la bağlı vacib nüansları AÇIQLADI
30.09.2021 09:45
Əgər COVID-19 PCR testi müsbətdirsə, lakin heç bir şikayət yoxdursa, müayinə və müalicəyə ehtiyac yoxdur. Nə KT, nə rentgen, müxtəlif qan analizləri, dərman, nə də sistem - heç biri lazım deyil.
 
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev koronavirusla bağlı mühüm məqamlardan danışarkən belə deyib.
 
Həkim diqqətə çatdırıb ki, koronavirus testi pozitivdirsə, yüngül və orta ağır şikayətlər varsa, hətta O2 saturasiyası 85-ə düşübsə belə, KT-yə getməyə ehtiyac yoxdur. Saturasiyanı qaldırmaq üçün müvafiq ambulator və ya stasionar müalicə üçün müraciət edin:
 
- COVID-19 xəstəsi ilə təmasda olmusuz, lakin test neqativdir və heç bir şikayət yoxdursa, müayinə və müalicə aparmayın.
 
- Test neqativdir, amma şikayət varsa, qanda COVID-19 İgM-i yoxlatdırın, o da mənfidirsə və O2 saturasiyası aşağıdırsa, bu halda diaqnoz qoymaq üçün KT müayinəsi lazım ola bilər.
 
"Son günlər virusa yoluxub, xəstəliyi yüngül keçirən, O2 saturasiyası hətta 97-98 olan şəxslərin boş yerə KT müayinəsinə gedərək ağciyərlərində 20-30% “buzlu şüşə mənzərəsi” var sözünü eşidəndən sonra isterik-panik boğulmaya məruz qaldığını müşahidə etmişəm. Bunlara ehtiyac yoxdur", - deyə həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib