ABŞ xəstəxanasının peyvənd olunmayan əməkdaşları işdən qovulub
29.09.2021 09:05

Mərkəzi ABŞ-ın Cənubi Karolina ştatında yerləşən “Novant Health” xəstəxanalar zinciri COVID-19-a qarşı peyvənd olunmayan 175 tibb işçisinin işinə son verib.

 

Xaric KİV-in məlumatına görə, bu barədə xəstəxanadan yerli mətbuata verilən açıqlamada bildirilir.

 

“Səhhətində olan problemlə və dini inancı ilə əlaqədar peyvənd oluna bilməyən işçilərə isə həftəlik koronavirus testi tətbiq olunur və onlara qoruyucu vasitələr təqdim edilir”, - deyə “Novant Health”ın açıqlamasında qeyd olunub.

 

Qeyd edək ki, 35 min personalı olan “Novant Health” ötən həftə peyvənd olunmayan 375 tibb işçisini 5 gün özhesabına işdən uzaqlaşdırmaqla cəzalandırıb. Onlara peyvənd olunmadıqları halda əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdi.

 

Əlavə edək ki, bundan öncə Texasda yerləşən “Houston Methodist” xəstəxanası da peyvəndi rədd edən 150 tibb işçisinin işinə xitam verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib