İran ilk dəfə koronavirus əleyhinə ABŞ istehsalı olan peyvənd idxal edəcək  
28.09.2021 10:50

lk dəfə olaraq İrana Amerika istehsalı olan “Johnson & Johnson” və “Pfizer” peyvəndləri idxal olunacaq.

 

Aztibb.az xəbər verir ki, bu barədə İranın Gömrük Baş İdarəsinin açıqlamasında qeyd olunub. Nəzərə çatdırılıb ki, bu həftə ərzində 5 milyon doza “Johnson & Johnson” və 5 milyon doza “Pfizer” peyvəndi ölkəyə gətiriləcək. Bu günə kimi İranda Çin istehsalı olan “Sinofarm” və yerli istehsal “Barakat cov İran” peyvəndləri istifadə olunurdu.

 

İranın Səhiyyə Nazirliyinin açıqlamasına görə, son 24 saat ərzində ölkə ərazisində 13 min 792 nəfər koronavirusa yoluxub, 288 nəfər isə yoluxaraq vəfat edib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 5 milyon 533 min 520 nəfərə, yoluxaraq ölənlərin sayı isə 119 min 360-a çatıb. Ölkə üzrə müalicəsini xəstəxanalarda davam etdirən 6 min 320 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, müalicə alan 4 milyon 944 min 87 nəfər sağalaraq evə buraxılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib