Uzunömürlülük ən çox bu orqandan asılıdır - TƏDQİQAT
28.09.2021 11:18

Herontoloqlar insan həyatının uzunömürlülüyünə təsir edən əsas orqanı müəyyən etmək üçün araşdırma aparıblar. Onlar hesab edir ki, ən həlledici orqan bağırsaqlardır.

 

Aztibb.az xəbər verir ki, əvvəllər dünya elmində bu orqanın ürək olduğu bildirilirdi. İnsan ömrünün uzunluğunun ürəyin vəziyyətindən asılı olduğuna inanılırdı.

 

İndi isə qeyd olunur ki, insan həyatı və uzunömürlülüyə genetik meyl də daxil olmaqla bir çox faktorlar təsir etsə də, bu mənada bağırsaqların vəziyyəti daha həlledici rol oynayır.

 

Bağırsaqlarda zərərli və ya faydalı mikroorqanizmlərin olması fərdin sağlamlığının ümumi vəziyyətini müəyyənləşdirir. Ona görə də bağırsaqlardakı zərərli bakteriyaların ümumi sayı qəbul edilən normadan çox olmamalıdır. Əks halda, mikrofloranın pozulması nəticəsində bu, sağlamlığı təhdid edir.

 

Bağırsağın düzgün işləməməsi metabolik sindroma səbəb ola bilər və bu problemə indiki vaxtda getdikcə daha çox rast gəlinir. Səbəb faydalı və zərərli mikroorqanizmlər arasında balansın pozulması hesab olunur. Belə pozulmalar isə diabet, hipertoniya, piylənmə və qan laxtalanmasına səbəb ola bilər.

 

Bağırsaq mikroflorasının balansını qorumaq üçün, axşamlar süd məhsullarının da daxil edildiyi sağlam bir pəhrizə mütləqdir.

 

Bundan başqa, gündəlik təbii alma sirkəsi qəbul etmək və həkim məsləhəti ilə norma daxilində turş şərab qəbulu da bağırsaqların normal fəaliyyət göstərməsinə müsbət təsir edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev