Rusiyada COVID-19-a qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb
27.09.2021 15:28

Rusiya Səhiyyə Nazirliyi tərəfindən ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə yeni peyvəndin klinik tədqiqatına başlanılıb.

 

Aztibb.az-ın məlumatına görə, “Betuvaks-Kov-2” adlı vaksin “İnsan kök hüceyrə İnstitutu” tərəfindən hazırlanıb.

 

Vaksinin klinik tədqiqatında A.A.Smorodintsev Sankt-Peterburq Qrip Araşdırma İnstitutu, "Eko-Təhlükəsizlik Tibbi Mərkəzi" MMC və Perm Peşəkar Tibb Mərkəzi iştirak edəcək. 170 könüllünün iştirak edəcəyi klinik tədqiqatın birinci və ikinci fazaları bu il sentyabrın 27-dən gələn il avqustun 31-dək aparılacaq.

 

Qeyd edək ki, Rusiyada koronavirus əleyhinə artıq 5 vaksin qeydiyyatdan keçib. Bunlar “Sputnik V”, “EpivakKorona”, “Vektor”, “Kovivak” və “Sputnik layt” vaksinləridir.

 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib