Post-COVID sindromu zamanı iltihaba qarşı pəhriz saxlamaq effektlidir
25.09.2021 15:56

Samara Elmi-tədqiqat Diyetologiya və Diyetoterapiya İnstitutunun direktoru, tibb elmləri doktoru Mixail Ginzburg post-COVID sindromu zamanı hansı qidaların pəhrizdən çıxarılması lazım olduğunu söyləyib.

 

Aztibb.az xəbər verir ki, onun sözlərinə görə, bu sindrom orqanizmdə yüksək iltihablı aktivliyin artmasıdır və bununla əlaqədar olaraq iltihaba qarşı pəhriz saxlamaq effektlidir:

 

"Post-COVID sindrom zamanı qlikemik indeksi yüksək olan şəkər və məhsulları, yəni ələnmiş undan hazırlanmış qidaları, kartof və düyünü, həmçinin palma, günəbaxan, qarğıdalı, soya, marqarin yağlarından, qırmızı ət və ondan hazırlanan sosiska, sardelka kimi ərzaqları qida qəbulundan çıxarmaq lazımdır".

 

Həkim pəhrizə eyni zamanda yağ turşuları ilə zəngin olan qidaları əlavə etməyi tövsiyə edib. 

 

"Pəhrizə Omega-3 və yağ turşuları ilə zəngin olan yağlı dəniz balığı, kətan toxumu və zeytun yağıdır ("Omega-9") qidaları əlavə edin. Rasiona daha çox tərəvəz, giləmeyvə, göyərti və çox şirin olmayan meyvələr, qatıqdan hazırlanan içkilər və mürəkkəb karbohidratlardan olan qarabaşaq, yulaf, kəpəkli çörəyi daxil edin", - deyə həkim Ginzburg bildirib.

 

Həkimlər xəstəlikdən sağaldıqdan sonra insanın orqanizmində bir müddət davam edən baş ağrısı, halsızlıq, yaddaşın zəifləməsi və bir sıra digər xəstəlikləri post-COVID sindromu anlayışına əlavə ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib