Pandemiya dövründə pəhriz saxlamaq düzgündür? - Həkim-diyetoloq AÇIQLADI
24.09.2021 09:14

"Boy, çəki və yaşa uyğun olaraq balanslaşdırılmış menyuya əsasən pəhriz saxlanılmalıdır. Bu pəhriz düzgün saxlanılarsa, o zaman maddələr mübadiləsi də normal olar. Ən əsası yağ toxumalarını parçalamalıyıq, əzələ kütləsini yox".

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-diyetoloqu Məlahət Kərimova açıqlamasında belə deyib. O, bildirib ki, COVID-19 pandemiyasının davam etdiyi müddətdə belə bir fikir formalaşır ki, pəhriz saxlanılarsa, immun sistemi aşağı düşər və bu virusa daha tez yoluxma halı qeydə alınar:

 

Həkimin sözlərinə görə, pəhriz saxlayarkən tamamilə ac qalmaq olmaz:

 

"Az-az və tez-tez qidalanmaq lazımdır. 3 dəfə əsas qida qəbulundan əlavə 3 dəfə də qəlyənaltı qəbul etmək lazımdır. Qəlyənaltı zamanı qoz, fındıq, qara gavalı, kişmiş qəbul edilməlidir. Bağırsaqları hərəkətləndirəcək və immun sistemini gücləndirəcək meyvə-tərəvəzlərə daha çox üstünlük verilməlidir. Su yetərli miqdarda qəbul edilməlidir. Onun tərkibinə limon, darçın və zəncəfil əlavə edilməlidir ki, immun sistemi daha da möhkəmlənsin".

 

M.Kərimova deyir ki, pandemiya dövründə pəhriz saxlamaq düzgündür:

"Mədə-bağırsaq sistemi normal çalışarsa, bu zaman immun sistemi qaydasına düşər. Bunun üçün axşam yatmazdan öncə, qatıq, kətan toxumu qəbul etmək lazımdır".

 

Mütəxəssis onu da qeyd edib ki, immun sistemini şirniyyatla gücləndirmək fikri heç də doğru deyil. Pəhriz zamanı idmanla məşğul olmaq da arıqlamağa müsbət təsir edə bilər. Bu dövrdə gündəlik 7-8 saat yatmaq da çox önəmlidir.


ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər