Sağlamlığımıza və mühitə mənfi təsir göstərən işıq çirklənməsi
24.09.2021 12:10
Elektrik işıqlandırılması elm və texnikanın tarixində çox mühüm hadisələrdən biri olmaqla yanaşı, bu istiqamətdə müasir inkişaf özü ilə mənfi nəticələr də doğurmaqdadır.
İşıqlandırma sistemlərindən profilaktiki, müalicəvi və ərazinin işıqlandırılması məqsədləri ilə istifadə edilir. Birinci iki məqsədlə xüsusi təyinatlı, sonuncu məqsədlə ümumi istifadəli lampalardan istifadə olunur.
Aztibb.az işıqlandırma sistemlərinin insan sağlamlığı və ətraf mühitə təhlükəli təsiri haqqında yazını təqdim edir.
İşıq çirklənməsi nəinki insanların, bitkilərin və heyvanların da bioritmlərinə pis təsir göstərir.
İstifadə edilən lampaların sağlamlığa təsirinin qiymətləndirilməsi məqsədilə MDB-də Beynəlxalq Elektrotexniki Komissiyanın lampa və lampa sistemlərinin təhlükəsizliyi standartından istifadə edilir.
Mövcud süni işiqlandırma lampalarının sağlamlığa təsiri şüalanma tipi və s. göstəricilərinə görə dəyişir.
LED lampaların ağ işıq şüalandırması üçün göy və sarı işıq generasiya edən diodların qarşılıqlı təsirindən istifadə edilir ki, birincinin spektri ultrabənövşəyi diapazonun yuxarı həddinə uyğun gəlir. Bu dalğalar göz toxumaları, xüsusilə torlu qişa üçün çox təhlükəlidirlər və mutagen təsirə malikdirlər. Bu ziyan ultrabənövşəyi şüaların gözün torlu qişasına fotokimyəvi təsiri ilə izah edilir.
Belə lampalar enerji istehlakında qənaətcil olduğu üçün indi populyardır. Lakin mütəxəssislər axşam və gecə, xüsusilə yatmazdan əvvəl LED işıqlandırmadan istifadə etməyi məsləhət görmürlər.
LED işıqlandırma ətraf mühitə də mənfi təsir göstərir. Belə lampaların bəzilərində arsenik, qurğuşun və digər elementlərin hissəcikləri olur. Lampa qırıldıqda əmələ gələn duman tənəffüs sisteminə zərər vurur, hətta zəhərlənmə ilə də nəticələnə bilər.
Ultrabənövşəyi işıq fotonları torlu qişanın makromolekullarında kimyəvi reaksiyalar törədib struktur dəyişikliyi yaradır.

Lüminessent lampalar qaz boşalması prinsipli süni işıq mənbəyidir və elektrik yüklərinin lampa daxilinə doldurulmuş civə buxarlarına təsiri ilə yaranan ultrabənövşəyi şüaların lampanın kolbasının daxili səthinə çəkilmiş lüminoforla qarşılıqlı təsirinə əsaslanır.
Lüminessent lampaların insan sağlamlığı üçün ziyanlı təsiri ondan ibarətdir ki, onun şüalarının spektri günəş işığından kəskin fərqləndiyi üçün insan gözü obyektlərin rəngini təhrif edilmiş şəkildə qavrayır.
İşıq şüaları obyektlərin rəngi və forması haqqında reallıqdan fərqli təsəvvür yaradır ki, bu da insanda diskomfort, yorğunluq əmələ gətirir. Civənin və civə buxarlarının insan sağlamlığına və ətraf mühitə təsiri isə məlumdur.
Amerikalı alimlər müəyyən ediblər ki, belə işıqlar həm də insana əzab verən stress və depressiyanı artırır, miqren yaradır.
Mütəxəssislər lampaların insan dərisinə təsirini də araşdırıb. Tədqiqat elektrikə qənaət edən və adi lampalar üzərində aparılıb. Hər iki lampanın işığının canlı toxumaya necə təsir etdiyi öyrənilib.
Tədqiqat nəticəsində işığa qənaət edən lampanın ultrabənövşəyi şüalanmasının dəri toxumasına zərərli olduğu meydana çıxıb və qənaətcil lampaların insan orqanizmi üçün təhlükəli olduğu təsdiqlənib. Həmçinin adi lampanın dəri toxuması üçün heç bir təhlükə yaratmadığı müəyyən edilib.
Mütəxəssislər bildirir ki, elektrik enerjisinə qənaət edən lampalar dəridə xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilər.
Qənaətli elektrik lampaları ətrafa ağ işıq yayır. Bu işıqlar göz dibini qıcıqlandırır. Göz beynin bir hissəsi olduğu üçün beyin yorulduqda gözə işıq bucağı düzgün düşmürsə, artıq görmə zəifləyir.
Gecə saatlarında gur işıq yuxunu pozur, endokrin sisteminin fəaliyyətini tənzimləyən və qocalma prosesini zəiflədən hormonun – melaninin əmələ gəlməsinin qarşısını alır.
Qeyd edək ki, Avropa İttifaqı ölkələrində monoxrom spektrə malik bir qat lüminoforlu lüminessent lampaların yaşayış və iş yerlərinin işıqlandırılması üçün istifadə edilməsi 2003-cü ildən qadağan edilib. Çünki belə yerlərdə insanlar işıqlanma sahəsində normativlərdə göstərilən müddətdən artıq qalmalı olur.
Sənaye müəssisələrində işıqlandırma işçilərin sağlamlığı və təhlükəsizliyini birbaşa təsir edən amillərdən biridir. Qeyri-kafi və uyğun olmayan işıqlandırma şəraitində, ilk növbədə göz yorğunluğu və ya zəif işığın təsirindən fiziki yorğunluq baş verə bilər və bu hadisələr peşə qəzalarına səbəb olur.
Bir sıra inkişaf etmiş ölkələrdə işıqlandırma mövzusunda elektrik enerjisi və lampa montajına əsaslanan işıqlandırma ilə birlikdə gün işığından səmərəli şəkildə istifadə edilir. Çünki süni işıqlandırma ilə müqayisədə çox parlaq gücə sahib olan gün işığı işçilərə müsbət təsir göstərir. Odur ki, gecə və gündüz işlərin görüldüyü iş yerlərində işıqlandırma doğru dizayn edilməlidir.
Gur işıqlandırma müxtəlif populyasiyaların ekoloji tarazlığında qırılmaya səbəb olur. Süni işıqlandırma çəmənliklərdə gecə həyatı yaşayan həşəratlara və heyvanlara təhlükə yaradır. Bəzi dəniz heyvanlarının yaşamında ay işığı mühüm rol oynayır. Belə heyvanlar gur işıq lampalarını ay işığı ilə səhv salırlar. Bu da onların çoxalmasında problemlər yaradır. Quşlar süni işıqlandırmanın təsirindən yemlərini normaldan daha gec tapır, nəticədə ac qalırlar.
Təəssüf ki, dünyada işıq çirklənməsinin qarşısını alan real proqramlar hələlik yoxdur.
Bu bölməyə aid digər xəbərlər
Yay aylarında bu qidalar zəhərlənmə riskini artırır
03.08.2026 | 09:30
Hovuzdan sonra qulağınızı belə qoruyun – İnfeksiya riski yüksəkdir
02.08.2026 | 19:20
Şüursuz məşqlər onurğa sağlamlığınızı təhlükə altına alır
25.03.2025 | 12:33
Yaz fəslinə həkimlərin tövsiyəsi ilə sağlam keçid edin
08.03.2025 | 15:15
Angioqrafiya - Neyrocərrahiyədə tətbiqi və əhəmiyyəti
17.06.2024 | 10:31
Pediatr: "İmmunlaşdırma həftəsi" Səhiyyə Nazirliyinin planlaşdırdığı işin mühüm elementidir
30.04.2024 | 13:27
Ümumdünya Əməyin Mühafizəsi Günü - İqlim dəyişikliyinin əməyin mühafizəsinə və sağlamlığa təsiri
28.04.2024 | 08:02
Böyrək zədələnmələrinin ağırlığına görə əlamətləri və müalicəsi
14.03.2024 | 14:09
Azərbaycanda Milli Mətbuat Günüdür
22.07.2023 | 09:00
Narkoloq: Qadın alkoqolizmindən sağalmaq üçün kifayət qədər alət və üsullar var
18.06.2023 | 16:10
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

