"Moderna"nın baş direktoru: Koronavirus pandemiyası bir ildən sonra başa çatacaq
23.09.2021 19:12

Vaksinin artan istehsalını nəzərə alsaq, koronavirus pandemiyasının gələn ilin payızına qədər tam başa çatacağını deyə bilərik.

 

Aztibb.az xəbər verir ki, bu proqnozu ABŞ-ın “Moderna” əczaçılıq şirkətinin baş direktoru Stefan Bansel İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində səsləndirib.

 

“Son altı ay ərzində sənaye miqyasında istehsal gücünün genişlənməsini nəzərə alsaq, gələn ilin ortalarına qədər yer üzündə hər kəsin peyvənd olunması üçün kifayət qədər vaksin dozasına malik olacağıq”, - deyə Stefan Bansel bildirib.

 

Onun sözlərinə görə, peyvənddən imtina edən hər kəs koronavirusa yoluxacaq, çünki dünyada dominantlıq edən "delta" mutasiyası olduqca yoluxucudur. 2022-ci ilin ikinci yarısında normal həyata qayıtmağın mümkün olub-olmayacağı barədə suala cavabında “Moderna” kompaniyasının baş direktoru deyib ki, bu, bir ildən sonra baş verə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər