Qulaqdan keçən sağlamlıq – Aurikuloterapiya
19.09.2021 17:18

Aurikuloterapiya terapevtin xəstənin problemini həll etmək üçün qulaqda yerləşən nöqtələri stimullaşdırdığı bir akupunktur üsuludur.

 

Qulaq seyvanı (aurikulo) nazik elastik qığırdaq olub dəri örtüyü və piy təbəqəsindən ibarətdir. Qığırdağın 4/5 hissəsi qulaq seyvanı qalan 1/5 hissəsi dəri örtüyü və piy təbəqəsinin üzərinə düşüdüyü qulaq məməciyi (lobus aurikulo) adlanır.

 

Aztibb.az aurikuloterapiya üsulu, onun faydaları, müalicənin tətbiq qaydaları və əks göstərişləri haqqında yazını təqdim edir.

 

Bu metod həm diaqnoz, həm də xəstəliklərin müalicəsi üçün istifadə olunur. Bir növ qulağın bədən bölgələrinə və ya orqanlarına bağlı nöqtələrinə təsir etmədir.

 

Qulaq nahiyəsindəki nöqtələrə təsir etməklə orqanizmin bütün daxili strukturuna da təsir etmək münkün olur. Buradakı bioloji aktiv nöqtələrin birbaşa beyinlə əlaqədə olması bir çox nevroloji xəstəlikləri müalicə etməyə imkan verir. Bu müalicə üsulu ilə tez bir zamanda baş ağrıları aradan qaldırılır, sinir sistemi və endokrin sistemin müalicəsində yaxşı nəticə əldə edilir.

 

Aurikuloterapiya arterial təzyiqi normallaşdırır, stres vəziyyətdən çıxardır, yuxunu, daxili orqanların işini normaya salır, artıq çəkini aşagı salır, nikotindən, alkoqolizmdən azad edir.

 

Bildiyimiz kimi funksional pozğunluqlar müəyyən anatomik zədələnmə və ya psixoloji narahatlıq olmadan baş verən xəstəliklərdir. Məhz aurikuloterapiya funksional bir müalicədir.

 

Aurikuloterapiya xüsusən də refleksoloji zonaların müəyyən testlərindən istifadə edərək bədəni bütövlükdə yenidən uyğunlaşdırmağa imkan verir. Bu testlər refleks zonalarında, akupunktur iynələrinin yerləşdirilməsində və ya lazerdə uyğun masajlardan istifadə etməklə həyata keçirilə bilər.

 

Aurikuloterapiyanın yüksək effekttivliyi onun qulaq seyvanında unikal inervasiyası və beyin qabığının bütün sinirlərlə birbaşa əlaqəsi ilə izah olunur.

 

 

 

XX əsrin 50-ci illərində aurikuloterapiya Avropada geniş vüsət alır. Fransız alim P.Nojier qulağın xüsusiyyətlərini anlamaq, mexanizmlərini aşkar etmək və bu müalicə metodunu ortaya çıxarmaq məqsədilə 30 ildən artıq tədqiqatlar aparır. O, qulaq seyvanını tərs çevrilmiş embriona bənzədirdi. P.Nojier bütün bioloji aktiv nöqtələri klasifikasiya edərək onların bütün orqanlara təsirini öyrənir.

 

Nojier nəzəriyyəsini ilk dəfə 1957-ci ildə Fransada və Almaniyadakı həkimlərə təqdim edir. Çinli həkimlər isə 1958-ci ildə bu modeli istifadə etməyə başlayırlar.

 

Bu terapiya stasionar yaxud ambulator oturaq vəziyyətdə aparılır. İynə yeri  96% spirtdə isladılmış pambıqla yaxşıca təmizlənir və sonradan lazımi nöqtələrə iynə tez bir şəkildə yeridilir. Bu zaman xəstənin buna qarşı reaksiyasına nəzarət edilir.

 

İynə yeritmə tətbiqi üfüqi və bucaq altında olur. Üfüqi vəziyyətdə iynə dəri səthinə perpendikulyar, digər halda isə 45-60 dərəcə bucaq altında yeridilir.

 

Aurikuloterapiya adətən 20-30 dəqiqə çəkir. Xroniki xəstəliyi olan pasiyentlərdə iynəni 1 saata qədər saxlamaq olar. Seansı bitirdikdən sonra iynənin yer yenidən 96% spirtdə isladılmış pambıqla silinir.

 

Adətən aurikuloterapiyanın kursu 8-12 seans olur. 2 həftədən və 3 həftədən sonra təkrar kurs ola bilir. Adi iynəbatırmadan əlavə iynəni bəzən 7-10 gün saxlamaq lazım gəlir. Bu müalicədə xüsusi iynələrdən istifadə olunur. Bu zaman iynə plastır vasitəsilə qulaq seyvanında günlərlə saxlanılır. Xəstə bu müddət ərzində həkim nəzarəti altında qalır.

 

 

 

Ağrılı vəziyyətlər aurikuloterapiya ilə müalicə olunmazdan öncə həkim simptomları aydınlaşdırmalıdır. Qalıcı iynələrlə müalicə infeksiya riskini artırır. Xoş və bədxassəli şişlər, yüksək hərarət, açıq infeksion xəstəliklər və hamiləlik əks göstəricilərdir.

 

Bu gün aurikuloterapiya bir çox ölkələrin universitetlərində tədris olunur. Parisdə tanınmış Bobigny Universiteti tərəfindən həkimlərə 2 illik tədrisdən sonra Aurikuloterapiya diplomu verilir.