Alimlər mutasiyaya uğramış koronavirusun təhlükəli olduğu ilə bağlı araşdırma aparıb
18.09.2021 22:25

Merilend Universitetindən olan alimlər mutasiyaya uğramış koronavirusun hava damcıları ilə daha tez ötürüldüyünü bildiriblər.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə tədqiqat "Clinical Infectious Diseases" nəşrində dərc olunub.

 

Amerikalı tədqiqatçılar fərqli "SARS-CoV-2" ştamlarının təhlükəli olduğu barədə araşdırma aparıblar. Alimlər fərqli COVID-19 variantlarına yoluxan insanlardan əlifbanı üç dəfə təkrar etmələrini və ya "Ad günün mübarək" mahnısını oxumalarını istəyərək bir eksperiment aparıblar. Koronavirusun "Alfa" ştamına yoluxan insanlar əvvəlki (Vuhan) versiyasına yoluxanlardan yüz qat daha çox viral zərrəcik havaya buraxıblar.

 

Alimlər təsdiq edib ki, tibbi maskalar virusun yayılma riskini 50 faiz azaldır. Ekspertlər qeyd edib ki, tədqiqat ilə yeni infeksiya ştamlarının havadan ötürülməsinə dair əlavə sübutlar təqdim olunub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər