Zədələnmələrin əməliyyatsız bərpaedici müalicəsi  Proloterapiya İkinci yazı
18.09.2021 21:21

Proloterapiya müalicə üsulu olaraq heçdə əlavə müalicə tədbirləri olmadan tətbiq edilmir. Sağalma üçün bu müalicə tək kifayət etmir. Proloterapiyaya qidalanma və digər həyat şərtlərinin tənzimlənməsi, lazımi bitki əlavələri ilə sağalmanın sürətləndirilməsi, həmçinin müalicənin effektivliyinin artırılması üçün köməkçi bir müalicə üsulu olaraq baxılır. Yaranan problem həkim müayinəsi ilə təyin olunmalı, əsas səbəblər müəyyən edilməli və əlavə tədbirlərin  görülməsi üçün göstəriş olmalıdır.

 

Aztibb.az proloterapiyanın effektiv olduğu xəstəliklər, təsir mexanizmi, eləcə də hansı hallarda xəstələrə tətbiq olunması haqqında növbəti yazını təqdim edir.

 

Adətən ağrıkəsici dərmanlar oynaq ətrafındakı və oynaq daxili bağların zəiflədib zədələnməsini artırdığına görə və bir çox əlavə yan təsirlərə sahib olduğuna görə effektiv seçim hesab edilmir. Bundan əlavə, kortizon iynəsi də müəyyən qədər rahatlama yaratsa da bir müddət sonra təsiri itir və yan təsirlərə bağlı problemlər yaranır.

 

Xəstələrin böyük bir qismi cərrahi əməliyyatın tam bir müalicə olduğunu düşünür. Misal üçün, bir çoxu diz protezi əməliyyatı olunurlar. Lakin diz protezinin də bir ömrü vardır və 50 yaşında əməliyyat olunan xəstənin 60 yaşında təkrar əməliyyat olunma ehitimalı yarana bilir.

 

Bundan başqa, diz protezi əməliyyatı olan xəstələrdə əməliyyatdan sonra da tam olaraq şikayətlər keçmir. Üstəlik diz protezi əməliyyatı yetəri qədər ağır bir əməliyyatdır və istər əməliyyat vaxtı, istərsə əməliyyatdan sonra ciddi riskləri vardır.

 

Proloterapiya ilə diz ağrısı müalicəsində diz oynağı daxilinə və oynaqətrafı bağların sümüyə birləşdiyi yerlərə və diz qapağı ətrafına edilən inyeksiyalar hesabına bu nahiyədə qan dövarının artması nəticəsində kontrol edilən iltihab bədənin sağalma prosesini sürətləndirərək yeni kollagen və qığırdaq toxuma yaranmasına gətirib çıxarır, nəticədə zədəli oynağı bərpa etmiş olur. 

 

Diz problemlərində proloterapiya simptomu deyil, səbəbi müalicə edir. Proloterapiya dizdə toxuma, oynaq, vətər və bağ sistemini canlandıran, zədələnmələri, bağ boşalmalarını müalicə edən toxumaları yeniləyib, bərpa edib gücləndirən bir müalicə metodudur. Dizin proloterapiyasında məqsəd əzələ və vətərləri gücləndirərək diz oynağına düşən yükü azaltmaq, dizin daxili bağ, qığırdaq və mensk kimi strukturları təmir edərək yeniləməkdir.

 

 

 

Ağrı inyeksiya olunan nahiyədən, yeridilən məhlulun seçilməsindən və proloterapiyanı edən mütəxəssisin bacarığına, bu işdə təcrübəsinə uyğun olaraq müxtəlif olur. Müalicədən sonra 2-3 gün ərzində müvəqqəti olaraq yüngül şişkinlik və gərginlik səbəbindən ağrı arta bilir. Çünki proloterapiya müvəqqəti ağrıkəsici bir metod deyil, zədələnmiş toxuma və bağların bərpasına və sağalmasına əsaslanan  bir müalicə metodudur.

 

Müalicədən öncə hər bir pasiyentdən xəstəlik hekayəsi toplanmalı, xəstə fiziki, radioloji və ya ultrasəs müayinədən keçməlidir. Göstəriş olduqda laborotor müayinələr də xəstəliyə uyğun olaraq aparılır.  Bu qayda ilə həkim müalicənin müvəffəqiyyətini artıra bilir. Proloterapiyada effektivlik pasiyentin xəstəlik hekayəsindən, eləcə də pasiyentin sağlamlığı və sağalma qabiliyyətindən və sağalma prosessinə təsir edən hər hansı maddələrin çatmamazlığından asılıdır. Proloterapiyaya uyğun xəstələrdə müalicə effektivliyi çox yüksəkdir. Müalicə intervalı proloterapiya mütəxəssisinin protokolu üzrə müalicə olunan nahiyənin ağırlıq vəziyyətindən asılı olaraq dəyişir.

 

Proloterapiyanın effektivliyi müxtəlif səbəblərdən asılı olaraq dəyişir. Tədqiqatlara görə bel ağrıları olan pasiyentdə proloterapiya ilə sağalma faizi 95% təşkil edir. Uzun illərdən bəri bir çox tədqiqatlar proloterapiyanın müxtəlif bağ, vətər yaxud oynaq ağrıları və zədələnmələrində yüksək effektivliyini sübüt edir.

 

Proloterapiyada ümumi yan təsirlərə iynə yerində artan ağrı, kövrəklik, şişkinlik, sərtlik kimi simptomlar və baş ağrısı daxildir. Bu yan təsirlər xəstəyə zərər vermir və zamanla öz-özünə yox olur. Ciddi yan təsirlər nadir hallarda baş verir.

 

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
Neftçalada
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb