Cənubi Koreyada karantin tədbirləri sərtləşdirilir
28.08.2020 22:56

Cənubi Koreyada son günlər yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının çoxalması hökuməti karantin tədbirlərini sərtləşdirməyə vadar edib.

 

Aztibb.az xarici KİV-lərə istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi yoluxma hallarını azaltmaq üçün sosial məsafənin qorunması ilə bağlı qaydaları bir qədər də sərtləşdirməyi qərara alıb. Avqustun 30-dan başlayaraq paytaxt Seulda və ətrafda yerləşən şəhərlərdəki kafe və restoranların fəaliyyətinə məhdudiyyət qoyulacaq. Belə ki, ictimai iaşə obyektləri müştərilərə yerində xidmət göstərməyi dayandıracaq, yalnız al-apar və çatdırılma qaydasında fəaliyyət göstərəcək. Bundan başqa, restoranların iş vaxtı da azaldılaraq (8 saata endirilib), qapalı məkanlarda 10 nəfərdən çox adamın toplaşması qadağan edilib. Bütün idman zallarının fəaliyyəti, ahıllar evinə ziyarətlər dayandırılıb.

 

İlkin olaraq, bu qaydaların sentyabrın 6-dək qüvvədə olması nəzərdə tutulub. Əgər epidemik vəziyyət yaxşılaşmasa, bu qadağa və məhdudiyyətlər davam edəcək.

 

Qeyd edək ki, avqustun 14-dən bəri Cənubi Koreyada gündəlik yoluxma hallarının sayı üçrəqəmli həddə çatıb. Ötən gün isə yoluxma sayı mart ayından sonra ilk dəfə 400-ü aşıb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib