“Milli Psixi Sağlamlıq və Psixososial Dəstək" texniki qrupunun onlayn təqdimat mərasimi keçirilib
17.09.2021 17:46
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəlinin təşkilatçılığı ilə “Milli Psixi Sağlamlıq və Psixososial Dəstək" (MHPSS) texniki qrupunun onlayn təqdimat mərasimi keçirilib.
 
Görüşdə millət vəkili, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov, ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı, Niderland Krallığının Azərbaycandakı səfiri Pauline Eizema, MHPSS üzrə məsləhətçi Murat Can Birand Apaydın, Milli MHPSS TİQ həmsədri-TƏBİB MHPSS koordinatoru Nərmin Osmanlı, Milli MHPSS TİQ həmsədri-SN Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi, Beynəlxalq Qızıl Xaç Komitəsi, Qızıl Aypara Cəmiyyəti, Beynəlxalq Miqrasiya Təşkilatı, SOS Uşaq Kəndləri, UNICEF və digər beynəlxalq təşkilatların yerli və mərkəzi ofis nümayəndələri iştirak ediblər.
 
Tədbirdə çıxış edən Nərmin Osmanlı COVID-19-la mübarizə tədbirləri, eyni zamanda, Vətən müharibəsi zamanı TƏBİB tərəfindən göstərilmiş psixososial dəstək və kadr potensialının gücləndirilməsi istiqamətində görülmüş işlərdən danışıb.
 
Digər çıxış edənlər MHPSS texniki qrupunun psixi sağlamlıq sahəsində ehtiyacların qarşılanmasına, həmçinin yerli və beynəlxalq əməkdaşlığa əhəmiyyətli töhfələr verəcəyini bildiriblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər