Koronavirusa yoluxmuş hər 10 uşaqdan biri post-COVID sindromuyla qarşılaşır - TƏDQİQAT
17.09.2021 09:48

Tədqiqatlar göstərib ki, koronavirusa yoluxmuş uşaqların 10%-i post-COVID sindromundan əziyyət çəkir. 

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, İsrail Səhiyyə Nazirliyi tərəfindən aparılmış yeni tədqiqata görə, koronavirus keçirmiş hər onuncu uşaq post-COVID sindromla rastlaşa bilər. 

 

Onlar koronavirusdan sağalmış 3 yaşdan 18 yaşa qədər uşaqlar və yeniyetmələrin 13 183 valideyni arasında sorğu keçiriblər. Valideynlərin 10%-dən çoxu bildirib ki, onların övladları sağalmadan sonra aylar ərzində COVID-19 simptomlarını hiss ediblər.

 

6 ay sonra bu rəqəm artıq 2%-dən az təşkil edib. Həkimlər daha əvvəl güman edirdilər ki, faizlə nisbətdə post-COVID sindromla qarşılaşan uşaqların sayı kifayət qədər aşağıdır və COVID-19-un simptomları ilə kiçik pasiyentlərin böyük əksəriyyəti rastlaşmır.

 

Lakin 2021-ci ilin may və iyun ayları arasında aparılmış İsrail tədqiqatı göstərib ki, post-COVID sindromlu uşaqların sayı 11,2% təşkil edir. Əksər hallarda bu xoşagəlməz nasazlığın simptomlarını 12 yaşdan böyük uşaqlar və 18 yaşa qədər olan yeniyetmələr hiss edir. Bu yaş kateqoriyasında və 6 aydan böyük pasiyentlər arasında post-COVID sindromunu hiss etməyə davam edənlərin sayı 4,6% təşkil edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər