Qız uşaqlarında vaxtında aparılmayan müayinə və fəsadları – Uşaq ginekologiyası Birinci yazı
13.09.2021 16:42

 

Uşaq və yeniyetmə ginekologiyası qızların normal cinsiyyət funksiyası ilə, həmçinin əsasən uşaq və yeniyetmə dövrlərində cinsiyyət orqanlarının zədələnməsi nəticəsində əmələ gələn xəstəliklərlə, o cümlədən bu xəstəliklərin qarşısının alınması tədbirlərinin həyata keçirilməsi ilə məşğul olur. 

 

Aztibb.az qız uşaqlarında profilaktik ginekoloji müayinələrin önəmi, buna dair həkim məsləhəti, eləcə də müayinələrin vaxtında aparılmamasının fəsadları haqqında yazını təqdim edir.

 

1940-cı ildə ginekologiyada yeni müstəqil istiqamət olan uşaq ginekologiyası yarandı. Bu hadisə Praqa Universitetində baş verdi. Professor Piter ilk Uşaq Ginekologiya Klinikasını açdı. 1989-cu ildə Leninqrad Dövlət Pediatriya İnstitutunda ilk dəfə Uşaq və yeniyetmə ginekologiyası kafedrası açıldı. İnstitutda bu sahədə mütəxəssis hazırlamaq məqsədilə uşaq ginekoloqu qəbulu isə 1955-ci ildən etibarən başlandı.

 

 

 

Qızların uşaqlıq dövrlərində elə fizioloji hallar meydana çıxır ki, onlar xüsusi gigiyenik tədbirlərin həyata keçirilməsini tələb edir. Bunu nəzərə alaraq, gigiyenanı yenidoğulmuşların, qızın sudəmər dövrünün, məktəbəqədər və məktəbli dövrünün, o cümlədən həddi-buluğa çatma dövrünün gigiyenasına bölürlər.

 

Müayinə vaxtında aparılmazsa...

 

Qız uşaqlarının ilkin müayinəsi doğulan kimi doğum otağında neonatoloq tərəfindən aparılır. Neonatoloq digər orqanları dəyərləndirildiyi kimi, xarici cinsiyyət üzvünü də dəyərləndirilməlidir. Düzgün inkişaf edib-etmədiyi, anal dəliyi, qızlıq pərdəsi və sidik kanalı ilkin dəyərləndirilməlidir. Sonrakı aylarda və illərdə isə yetkinlik dövrünə qədər pediatr baxmalıdır. Ginekoloqun uşağa ilkin baxışı isə 6-7 yaşlarında olmalıdır.

 

Tibb elminə məlumdur ki, yetkin yaşda aşkar olunmuş reproduktiv sağlamlıq problemləri əksər hallarda uşaqlıqda aşkar olunmayan və ya aradan qaldırılmayan xəstləliklərin nəticəsidir. Məhz buna görə valideynlər öz uşaqlarının səhhətinə daha  diqqətlə yanaşmalıdırlar. Təəsüflər olsun ki, cəmiyyətimizdə hələ də qız uşaqlarında yaranan ginekoloji problemlərlə bağlı bir çox yalnış fikirlər mövcuddur və analar həkimə artıq vaxt ötəndən sonra müraciət edirlər.

 

Tədqiqatların nəticələrinə görə 17 yaşinda olan dörd qızdan birinin ginekoloji xəstəliyi olur, xəstələnlərin 1%-i həkimə gedir. Belə vəziyyətin nəticəsi olaraq, qadınlarda sonsuzluq problemləri artır.

 

Bu cür xoşagəlməz statistikanın səbəbi cəmiyyətin kifayət qədər məlumatlı olmaması və ya analara vaxtında həkimə müraciət etməyə mane olan yanlış fikirlərdir. Qızların sağlam olmaları və uşaqlıqda yaranan problemləri özləri ilə böyük həyata aparmamaq üçün onları həkimə göstərmək mütləqdir.

 

Profilaktik müayinələri hətta şikayətlərin olmaması halında belə 6-7  və 10-13 yaşında aparmaq lazımdır. Daha yaxşı olardı ki, digər mütəxəssislərin müayinələri kimi ginekoloq müayinəsinə də doğum ilindən başlayasınız.  Analar qızları ilə birgə uşaq və yeniyetmə ginekoloqlarına müayinə üçün müraciət etməlidirlər. Bu yaşda aparılan müayinə  cinsi inkişafın pozuntularını və yumurtalıqlarda şışlərin olub-olmamasını aşkar olunması baxımından vacibdir.

 

Qızlarda 10-13 yaşlar cinsi yetişkənlik dövrüdür. Adətən 14 yaşda bir çox qızlarda cinsi yetişkənlik artıq başa çatmış olur. 14-18 yaşlar arasında qız uşaqları da ildə bir dəfə ginekoloq baxışından keçməlidirlər. 18 yaşdan sonra isə  gənc qızlar ailəli olmasalar belə, evli qadınlar kimi 6 aydan bir müayinədən keçməlidirlər. Bu hal sağlam qızlar üçündür. Şikayəti olanlar isə, nə yaş, nə də ay, il gözləmədən həkimə getməlidirlər.

 

Əgər qarnın aşağı nahiyələrində, xarici cinsiyyət üzvlərində hər hansı bir ağrı varsa, sidik ifrazı zamanı ağrı olursa, yanma olursa, uşaqlıq yolundan gələn hər hansı axıntı varsa, qoxu varsa, qanlı ifrazat olarsa, bunların hamısı göstərişdir ki, yaşından asılı olmayaraq, uşağa ginekoloji baxış olsun.

 

Uşaqda sidik-tənasül sistemindən şikayətlərin mövcudluğu halında yaşından asılı olmayaraq ginekoloq məsləhəti mütləqdir.    

 

Çox vaxt 5-7 yaşına qədər olan pasiyentlərdə uşaq ginekoloqrın təcrübəsində kiçik cinsiyyət dodaqlarının sinexiyası (bitişməsi) diaqnozu ilə xəstələrə tez-tez rast gəlmək olur. Hərdən bu problemi müzakirə edən analardan eşitmək olar ki, bu anadan gəlmə patologiya və inkişaf qüsuru deyil.  Sinexiyalar inkişaf variantıdır və təhlükələri ondan ibarətdir ki, ümumi bitişmə hallarında sidk ifrazının gecikməsinə gətirib çixara bilər.

 

 

 

Bir hal xüsusilə əlamətdardır. Uşaq sidiyə getməzdən əvvəl ağlayır və gücənir, sidiyə isə çətinliklə gedir. Səbəb gigiyenaya dayanır. Uşağın aralıq nahiyyəsinin təmizliyini hər gün nəzərdən keçirmək lazımdır. Sabunla yuyunmadan həftədə bir-iki dəfə istifadə oluna bilər, lakin aralığı hər gün təmizləmək lazımdır. Nəticədə sinexiyalar aralanır, diurez normallaşır, şikayət aradan qalxır.

 

Yeniyetmələr çox vaxtı menstruasiya  dövrünün pozuntuları (dismenoreya) ilə bağlı şikayətlərlə müraciət edirlər.  Onların stasionar müalicəyə yumurtalıqlarda kistalı dəyişikliklərlə, bəzi hallarda isə kistanın burulması ilə daxil olması nadir hal deyil.

 

Cavanlar bəzən 30-35  yaşında ilk uşaq haqqında düşünürlər. Təəsüflər olsunki, hamiləlik çox çətin baş tutur. Bunun səbəblərindən biri  ananın reporoduktiv sağlamlığının 15-20 il əvvəl ağlına belə gətirmədiyi problemləri ola bilər. Spirtli içkilər, siqaret, intim həyatda tərəf müqabilinin daimi dəyişməsi və s.

 

Vaxtında müayinə bir çox xəstəliklərin öncədən müəyyənləşməsində və qarşısının alınmasında önəmli rol oynayır, gələcəkdə reproduktiv sistemdə daha az xəstəliklərin yaranmasına səbəb olur.

 

ÇOX OXUNANLAR
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
 Tibb müəssisələri arasında şəhid ailələrinin üzvlərinin işlə təmin olunması sayına görə Sumqayıt Tibb Mərkəzi ilk yerdədir   
Tərtər Rayon Mərkəzi Xəstəxanasının terapevti - Ülviyyə Əkbərova
11 aylıq körpə Mərkəzi Klinikada əməliyyat olunub
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
Sümük bulyonu arıqlamağa kömək edir
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
 Yevlax Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib   
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir