Yaponiyalı mütəxəssislər: “Pfizer” vaksini 85-96 faiz səmərəlidir
13.09.2021 11:46

Yaponiyanın Kioto Universitetinin mütəxəssisləri “Pfizer” vaksininin 85-96 faiz səmərəli olduğunu təsdiq ediblər.

 

Aztibb.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilib ki, Kioto Universitetinin bir qrup tədqiqatçısı ötən yay virusa yoluxmuş təqribən 10 minədək xəstənin məlumatlarını təhlil ediblər. Onların böyük əksəriyyəti vaksin qəbul etmədiklərinə görə, yapon mütəxəssislər bu dərmanın səmərəliyini müəyyənləşdirməkdə çətinlik çəkməyiblər. Bildirilir ki, 20-60 yaş arasında olan kişilərdə “Pfizer” vaksininin səmərəliliyi 89,6-93,4 faiz, 60-dan yuxarı yaşlı kişilər arasında isə 94,7-96,9 faiz təşkil edib. Qadınlar arasında isə bu göstərici 20-60 yaş arasında 85,4-91,8 faiz, 60 yaşdan yuxarılarda isə 92,6-96,1 faiz olub.

 

Yapon mütəxəssislər qeyd edirlər ki, tədqiqatlar virusun “delta” ştamının geniş yayıldığı dövrdə aparılıb və vaksin virusun bu variantına qarşı daha səmərəlidir.

 

Qeyd edək ki, son məlumatlara görə, Yaponiya əhalisinin 50 faizdən çoxu vaksinin artıq hər iki dozasını qəbul edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər