Dünyada ötən sutka ərzində 373 mindən çox yoluxma qeydə alınıb  
13.09.2021 09:16

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 373 mindən çox olub.

 

Pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytı xəbər verir ki, ötən sutka ərzində 373 min 216 nəfər yeni koronavirusa yoluxub, 5 min 913 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 225 milyon 449 min 49, ölənlər isə 4 milyon 643 min 667 nəfərə çatıb.

 

Ötən sutka ərzində virusa ən çox yoluxma halı ABŞ-da (35 min 450 nəfər), bu xəstəlikdən ölüm faktı isə Rusiyada (788 nəfər) qeydə alınıb.

 

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (41,8 milyon), Hindistan (33,2 milyon), Braziliya (20,9 milyon), Böyük Britaniya (7,2 milyon), Rusiya (7,1 milyon), Fransa (6,9 milyon) və Türkiyədə (6,6 milyon) qeydə alınıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər