BMT-nin Baş katibi koronavirusa qarşı qlobal vaksinasiya planını hazırlamağa çağırıb
12.09.2021 11:24

Dünya ictimaiyyətinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və dərman şirkətləri tərəfindən həyata keçiriləcək koronavirusa qarşı qlobal vaksinasiya planına ehtiyacı var. 

 

Aztibb.az təşkilatın saytına istinadla xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş Baş Assambleyanın iclasında böhranlara reaksiya verilməsi üzrə tövsiyələri ehtiva edən “Ümumi Gündəlik” məruzəsini təqdim edərək bildirib.

 

"Vaksinasiya prosesinə 50 milyard dollar həcmində sərmayələrin qoyuluşu, önümüzdəki dörd il ərzində dünya iqtisadiyyatına təxminən 9 trilyon dollar gətirə bilər", - deyə o qeyd edib. Hazırkı və potensial peyvənd istehsalçıları, ÜST, ACT-Accelerator (COVID-19-un diaqnostikası, müalicəsi və vaksinlərə bərabər şəkildə əlçatanlılıq, vaksinlərin hazırlanması və istehsalı üzrə əməkdaşlıq proqramı) üzrə tərəfdaşlar və beynəlxalq maliyyə institutları tərəfindən təmsil olunan fövqəladə işçi qrupu tərəfindən həyata keçirilən təcili qlobal vaksinasiya planına ehtiyacımız var".

 

A.Quterreş 2022-ci ilin ilk yarısında peyvənd istehsalını ən azı iki dəfə artırmaq və dünya əhalisinin 70 faizini dərmanla təmin etmək üçün əczaçılıq şirkətləri ilə çalışmağın vacib olduğunu bildirib.

 

BMT-nin Baş katibi, həmçinin pandemiyaya reaksiya verilməsinin əlaqələndirilməsi üçün ÜST-ə səlahiyyət verməyə və kifayət qədər maliyyələşdirməyə çağırıb. "Aşağı və orta gəlirli ölkələrin səhiyyə texnologiyalarını inkişaf etdirməyə imkanı olmalı və onlara çıxışı olmalıdır", - deyə o, əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər