Vitamin D qəbulu COVID-19-a yoluxma riskini azalda bilərmi?
10.09.2021 14:44
Vitamin D immun sistemini qaldıraraq insanların daha az xəstələnməsinə və ya virusu daha yüngül keçirməsinə kömək edə bilər.
 
Aztibb.az xəbər verir ki, bu barədə endokrinoloq Fidan Qulu sosial şəbəkədə məlumat paylaşıb.
 
 
Həkim bildirib ki, vitamin D bədənimizdə sümüklərin, dişlərin və əzələlərin sağlam inkişafı üçün əsasdır. Bu vitamin günəş şüası ilə dəri altında yaranan hormondur. Soyuq iqlim şəraitində yaşayan, evdə çox qalan və dərisi tünd rəngli insanlarda vitamin D defisiti riski daha çoxdur.
 
Onun sözlərinə görə, bir sıra araşdırmalar vitamin D-nin aşağı olmasının COVID-19 riskini artırdığını söyləyir, ancaq bəzi tədqiqatlar vitamin D ilə koronavirus arasında heç bir bağlılığın olmadığını göstərir.
 
Fidan Qulu bu mövzuda daha çox araşdırmaların aparılmasına ehtiyac olduğunu bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər