Əcnəbi vətəndaşlar Azərbaycanda peyvənd oluna bilər
10.09.2021 12:01

Azərbaycanda əcnəbi vətəndaşların yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndlənməsi mümkündür. Lakin bunun üçün xarici ölkə vətəndaşlarının ölkəmizdə müvəqqəti və ya daimi yaşayış haqqında icazə sənədləri olmalıdır.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxışın verdiyi məlumata görə, ölkədə müvəqqəti və ya daimi yaşamaq icazəsi olanlar, eyni zamanda xaricdən gələn miqrantlar şəxsiyyət vəsiqələrinin fin kod vasitəsilə istənilən peyvənd məntəqəsində vaksinasiyadan keçə bilərlər. Əcnəbi vətəndaşların https://randevu.its.gov.az/ saytında randevu götürməyi mümkün olmadığı üçün, onlar e-tabib tətbiqindən istifadə edərək istənilən peyvənd məntəqəsində vaksinasiyadan keçə bilərlər.

 

Xarici İşlər Nazirliyi tərəfindən diplomatik vəsiqə ilə təmin olunanların və beynəlxalq təşkilat nümayəndələrinin peyvəndlənməsi Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzində aparılır. Əvvəlcə Xarici İşlər Nazirliyinə müraciət edən diplomatik vəsiqə ilə təmin olunanların və beynəlxalq təşkilat nümayəndələrinin siyahısı Xarici İşlər Nazirliyindən Səhiyyə Nazirliyinə göndərildikdən sonra onlar barədə peyvənd məntəqələrinə müvafiq məlumat göndərilir.

 

Peyvənd məntəqələrindən verilən məlumata əsasən, sutkada təxminən 10-30 nəfər diplomatik vəsiqə ilə təmin olunanların və beynəlxalq təşkilat nümayəndələrinin peyvəndlənməsi ödənişsiz olaraq həyata keçirilir.

 

Onu da qeyd edək ki, turistlərin Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olmadığı üçün peyvənd oluna bilmirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər