Yaponiya hökuməti öz əhalisini koronavirusa qarşı peyvəndlə təmin edəcək
28.08.2020 09:43

Yaponiya hökuməti ölkədə yaşayan bütün sakinləri COVID-19 virusuna qarşı peyvəndlə təmin etməyi planlaşdırır.

Aztibb.az "Yomiuri shimbun” qəzetinə istinadla xəbər verir ki, bunun 2021-ci ilin ortalarınadək başa çatdırılması nəzərdə tutulur.

Qeyd edilir ki, bu, koronavirusun yayılmasına qarşı hökumətin hazırladığı yeni tədbirlər paketinə daxil ediləcək. Baş Nazir Şinzo Abenin cümə gününə planlaşdırılan mətbuat konfransı zamanı bu barədə məlumat verəcəyi bildirilir.

 

Yaponiya hökuməti Böyük Britaniya-İsveç birgə şirkəti olan “AstraZeneca” və ABŞ-ın “Pfizer” şirkətləri ilə 120 milyon doza peyvəndin tədarükü barədə müqavilə imzalayıb. Bununla yanaşı, daha beş şirkətlə həmin istiqamətdə danışıqlar aparılır.

Bundan əlavə, Yaponiyada ölkənin öz şirkətləri tərəfindən də peyvəndin hazırlanması ilə bağlı sınaqlar keçirilir. Lakin onların bazara çıxışının əcnəbi həmkarlarından sonra baş tutacağı və miqdarının kifayət qədər olmayacağı qeyd edilir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib