Ənənəvi tibbi metoddan elmi müalicə metoduna çevrilən Maqnitoterapiya - Birinci yazı
08.09.2021 22:20

Maqnitoterapiyaya nə üçün ehtiyacımız var? 

 

Günümüzdə xəstəlik yaradan amillər artdıqca, təəssüf ki, xəstəliklərin növü və sayı da artmaqdadır. Düzgün qidalanmamaq, həyatımıza daha çox kimyəvi maddələrin daxil olması, süni qoxularla əhatə olunmağımız, elektromaqnit çirklənməsinin pik həddə çatması kimi səbəblər xəstəlik faktorları arasındadır. 

 

Aztibb.az 8 sentyabr - Ümumdünya Fizioterapiya Günündə fizioterapiyanın müalicə üsullarından biri olan maqnitoterapiyanın yüksək müalicəvi xüsusiyyətləri haqqında yazını təqdim edir.  

 

Texnologiyanın özü ilə gətirdiyi elektromaqnit çirklənmə, insan sağlamlığını təhdid edən ciddi ünsürlərdən biridir. Yüksək gərginlik xəttlərindən cib telefonu dalğalarına, radio və tv dalğalarından ev və iş yerlərindəki kompüter, elektrik və digər əşyaların yaydığı elektromaqnit dalğalara qədər, məruz qaldığımız elektromaqnit çirklənmə ictimai həyat mühitində hər yerdə qeyri-sağlam bir atmosfer yaratmaqdadır.

 

Texnologiya ilə birlikdə şəhər həyatı, insanların torpaqla təmasını azaltdığı kimi elektromaqnit təbii maqnit sahə ilə olan təmasları da azaldıb. Miokard infaktının gəncləşməsi, immun sistemlərinin dağılması, xəstəliklərə tez məruz qalma, beyin qanamalarına rast gəlmənin çoxalması və xərçəng xəstəliyində görülən artımlar bu səbəblərlə ortaya çıxmaqdadır.

 

İnsan bədəni elektrik cərəyanları və atomlararası maqnit sahəsi ilə harmoniyadadır və ətrafındakı bəzi təbii maqnit sahələri ilə uzlaşır. Torpağa çılpaq əl və ayaqla toxunmağın çoxdan bilinən faydası eyni mexanizmə əsaslanır. Bu harmoniya ən son texnologiyanın inkişafı ilə pozulmağa başladığından yeni-yeni xəstəliklərə səbəb olacaq.  

 

Maqnit sahəsinin düzəldilməsi tədricən bədəni normal vəziyyətə gətirən və ya xəstənin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıran şarj halına gəlir. Maqnit terapiyası bədəndəki bu pozulmuş elektromaqnit tezliklərinin bərpasına əsaslanır.

 

Maqnit sahəsinin insan bədəni üzərindəki terapevtik təsirinə əsaslanan maqnitoterapiya qeyri-invaziv fiziki reabilitasiya metodudur. Geniş istifadə spektrı olan bu terapiya, xüsusi aplikatorlar vasitəsilə bədənin istənilən nahiyəsinə tətbiq olunur. Bununla yanaşı solenoid sistemi ilə ümumi bədən üzərində tətbiq oluna bilər.

 

Maqnit terapiya təbii və həssas bir müalicə şəkli olan maqnit sahə yaratma təsirinə malik müalicə üsuludur. Bu təbii üsul eyni anda bir çox xəstəliyin müalicəsində müvəffəqiyyətli bir şəkildə istifadə edilməkdədir. Geniş bir tətbiq sahəsinin olması, asan tətbiq olunan təbii bir metod olması, yan təsiri olmaması maqnitoterapiyanın olduqca əhəmiyyətli edir.

 

 

 

Maqnit sahəsindən müalicə məqsədləri ilə istifadə olunması min illik tarixə malikdir. Maqnit sahələrinin insan bədəninə təsiri ilə müalicədən Hindistan, Çin, Yunanıstan və Misirin qədim həkimləri də öz təcrübələrində uğurla istifadə ediblər. Qədim Misirdə Kleopatra öz cəlbediciliyini qorumaq üçün başında maqnit daşıyırdı.

 

XVIII əsrdə Franz Mesmer adlı bir alimi insan bədəninin maqnit cərəyanlarının təsiri altında olduğunu və bəzi xəstəliklərin bu cərəyan axınında uyğunsuzluqdan qaynaqlandığını müəyyən edir. Buna görə də, maqnit sahəsinin yaratdığı xəstəliklərdən müalicədə elə maqnitdən faydalanmağı təklif edir.

 

Zaman keçdikcə maqnetoterapiya ənənəvi tibbin zamanla sınanmış metodundan elmi müalicə metoduna çevrilir. Bu üsuldan poliknika, xəstəxana, sanatoriya və digər müalicə-profilaktika müəssisələrinin fiziokabinetlərində geniş istifadə olunur.

 

Müalicəvi və fizioloji təsiri


Maqnitoterapiya digər müalicə üsulları ilə müqayisədə bir çox üstünlüklərə malikdir: ağrısızdır, kifayət qədər geniş göstəriş siyahısına malikdir, yaşlı insanlar və zəifləmiş xəstələr tərəfindən yaxşı qarşılanır. Maqnitoterapiya, bir qayda olaraq, sinir sistemini sakitləşdirir, yuxunu yaxşılaşdırır.

 

 

Maqnitoterapiya ilə təsir mexanizmlərinin nəticəsi olaraq gündəlik gümrahlıq, cinsi funksiyalarda performans artımı, fiziki fəaliyyətlərdə fəaliyyət artımı, unutqanlığın aradan qaldırılması, yuxu nizamının təmin edilməsi ilə insan bədəni üst səviyyə bir biyoritmdə çalışır.

 

Maqnit sahəsi immunokorrektor kimi immunitet sisteminə də müsbət təsir göstərir. Ürək-damar sistemində arteriya damarlarının tonunda azalma, qan laxtalanma qabiliyyətinin azalması müşahidə olunur. Həzm sistemində safra əmələ gəlməsi, qaraciyərin, mədəaltı vəzin mikrosirkulyasiyası funksiyası yaxşılaşır. Tənəffüs sistemində tıxanma azalır və xarici tənəffüs funksiyası yaxşılaşır.

 

Maqnitoterapiya müalicəsi mərkəzi və periferik sinir sisteminin xəstəlikləri (onurğa, onurğa beyni zədələri; beyin dövranının pozulması, osteokondroz, nevrit, nevralji), endokrin sistemin patologiyası, damar xəstəliyi (ateroskleroz obliteranlar, endarterit, venoz çatışmazlığı ), bronxopulmoner sistemin xəstəlikləri (xroniki bronxit, bronxial astma), KBB patologiyası (sinüzit, xroniki tonzillit, otit mediası, faringit) mədə-bağırsaq xəstəlikləri (mədə və onikibarmaq bağırsaq xorası, xroniki qastrit, xolesistit, kolit, hepatit) və genitouriya sisteminin xəstəlikləri (sistit, pyelonefrit, uretrit) zamanı tətbiq olunur.

 

Maqnit sahəsinin müalicəvi və fizioloji təsirinin əsasında fundamental fiziki qanunlar durur. Maqnitoterapiya insan orqanizminə fasiləli və aşağı tezlikli maqnit sahəsi ilə molekulyar səviyyədə təsir edərək hüceyrə daxilində maddələr mübadiləsini artırır, hüceyrə keçiriciliyini yaxşılaşdıraraq iltihab əleyhinə, ödem əleyhinə, sedativ, ağrıkəsici təsir edir. Qan damarlarını genişləndirir, qanın qatılığını və damarlarda tromb əmələ gəlməsini azaldır, yerli qan dövranin yaxşılaşdıraraq toxumalara oksigenin çatdırılmasına kömək edir.

 

 

 

Maqnitoterapiya hipertoniya xəstəliyı I-II dərəcəsi, ürəyin işemik xəstəliyi, revmatizm, vegetativ damar distoniyası, infarkdan sonrakı kardioskleroz, tromboflebit, Reyno Sindromu, damarların atelesklerozu, diabetik angiopatiya, xroniki venoz çatışmazlıq, limfatik pozğunluq və s. xəstəliklərin müalicəsində müvəffəqiyyətlə istifadə olunur.

 

Bunlarla yanaşı, mərkəzi və perferik sinir sistemi travmalarında, onurğa və onurğa beyni travmalarında, onurğa beyni qan dövrani pozğunluqlarında, beyin qansızmaları, nevritlər, onurğa osteoxondrozu və postoperasion reabilitasiya məqsədi ilə də tətbiq edilir.